Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:06

-

Avropa Birliyinə, İsveçrə və Norveçə 2015-ci ildə sığınacaq üçün rekord sayda – 1,3 milyon nəfər miqrant müraciət edib.

Son 30 ildə Avopadan 11,6 milyon adam sığınacaq istəyib.

Pew Research Center-in hesabatlarına görə, ötən il Avropaya sığınacaq üçün müraciət edənlərin sayı 1992-ci ilin rekord rəqəmini – 697.000-ni ötərək iki dəfə artıq olub.

O vaxtki qaçqın dalğasının səbəbi kimi Sovet İttifaqının “Dəmir Pərdə”-sinin düşməsi göstərilir.

2015-ci ildə miqrantların sığınacaq üçün üz tutduğu əsas ölkə Almaniya olub. Almaniya 442.000 müraciət alıb, bu rəqəm son üç onillikdə ildə qeydə alınan ən böyük rəqəmdir. Macarıstan müraciət edən miqrantların sayına görə 2-ci yerdə dayanır. Beləki, 2015-ci ildə bu ölkə 174.000, İsveç isə 156.000 müraciət alıb.

Buna da bax: 700 miqrantı daşıyan qayıq batıb

Macarıstan, ötən il 100.000 müraciətdən 1770-ni qəbul edərək miqrantlara öz sərhədlərini açıb. Halbuki, ümumi Avropa əmsalına görə, bu rəqəm 250 olmalı idi. Macarıstandan sonra gələn İsveç 100.000 müraciətdən 1600-nü qəbul edib. Siyahını davam edən Avstriya 100.000-dən 1000 müraciəti, Norveç isə 100.000 müraciətdən 590-nını qəbul edib.

Sığınacaq üçün müraciət edənlərin çoxu Suriya, Əfqanıstan və İraqdandır. AB, İsveçrə və Norveçə müraciət edənlərin 17%-ni Şərqi Avropa – Ukrayna, Albaniya Rusya və vətəndaşları təşkil edir.

Buna da bax: Miqrantların adı yenə seksual təcavüz qalmaqalında hallanır

Günün bütün mövzuları

XS
SM
MD
LG