Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:01

Azərbaycan hökumətinin şərtləri var


Azerbaijan - İnternational meeting on deffomation

Azerbaijan - İnternational meeting on deffomation

►Hökumət Bakıda keçirilən konfransda mövqeyini aydın ifadə edib

Mayın 31-də Bakıda diffamasiya və ifadə azadlığı sahəsində Avropa təcrübəsi mövzusunda konfrans açılıb. Konfransın təşkilatçısı Avropa Birliyi, Avropa Şurası və Azərbaycan hökumətidir.

Konfransda məqsəd diffamasiya və jurnalist təcrübəsi ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi haqqında açıq müzakirələr aparmaq idi.

Açılışda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hökumətin nailiyyətlərindən, söz azadlığı və mətbuatın müdafiəsi strategiyasından danışıb.

O bildirib ki, qanunverici və praktiki səviyyədə informasiyanın toplanmasından, yayımlanmasından ötrü bütün şərait yaradılıb.

Diffamasiya haqqında qanunun qəbulunun mümkünlüyünə toxunan Ə.Həsənov qeyd edib ki, 2005, 2011 və 2013-cü illərdə müvafiq layihələr hazırlanaraq ictimaiyyətin müzakirəsinə çıxarılıb.

Əli Həsənov (ortada)

Əli Həsənov (ortada)

“İctimai müzakirələrin nəticəsi göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif və siyasi qütbləşmənin güclü olduğu bir zamanda belə bir qanunun qəbul edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə bilər. Deməli, ilk növbədə, sözügedən səbəblər aradan qaldırılmalı və bundan sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxılmalıdır”, - Ə.Həsənov qeyd edib.

147 və 148-ci maddələrin tətbiqinə moratorium qoyulub?

Ə.Həsənov deyib ki, 2009-cu ildə Azərbaycan prezidentinin təşəbbüsü ilə jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunması məqsədəuyğun hesab edilməyib. Həmin dövrdən bu vaxtadək faktiki olaraq Azərbaycan Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin (böhtan və təhqir) tətbiqinə moratorium qoyulub. Jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb. (Ardı aşağıda)

Ə.Həsənovun fikrincə, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşları öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından məhrum edir. O həmçinin, qeyd edib ki, həmin müddəalar Avropa Birliyinə üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır.

"Böhtan və təhqirə cinayət cəzası olmaz"

“Jurnalistlər diffamasiyaya görə, cinayət cəzasına məruz qalmamalıdır. Bu hüquqpozmalara görə, cəzalar mülki qanunvericiliklə müəyyən edilməli və adekvat olmalıdır. Avropa Şurasının diffamasiyaya görə jurnalistlərin məsuliyyətə cəlb edilməsinə yanaşması belədir”.

Bu fikirləri isə AŞ Bakı ofisinin rəhbəri Draqan Filipoviç deyib. O xatırladıb ki, AŞ baş katibi Turbörn Yaqland 47 AŞ ölkəsini diffamasiya haqqında qanun qəbul etməyə çağırıb.

Draqan Filipoviç qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra media azadlığı üzrə qanunvericilik təkmilləşdirib. Bununla yanaşı ölkədə diffamasiyaya görə, cinayət məsuliyyəti ləğv edilməyib.

D. Filipoviçin deməsinə görə, Avropa Şurasının mövqeyi belədir ki, qanun insanlar barəsində dəqiqləşdirilməmiş, onları gözdən salan məlumatların yayılmasının qarşısını almalıdır. Həmçinin, jurnalistlər arasında özünüsenzuranın inkişafına xidmət etməməlidir.

____________________________________________________________

Bunlara da bax:
"Sənədləri, bir də canımızı götürüb qaçmışıq"- [Fotolar]
Liberman Azərbaycanla münasibətlərdən danışır

____________________________________________________________

AŞ İnformasiya Cəmiyyəti İdarəsinin rəhbəri Patrik Pennik isə deyib ki, diffamasiya haqqında qanunvericiliyin uzun tarixi var. Çünki bütün dövrlərdə hökmdarlar özlərini qorumağa çalışıblar. O hesab edir ki, diffamasiya qanunları müstəsna hallarda tətbiq edilməlidir. Eyni zamanda yüksək vəzifəli şəxslər tənqidə dözümlü olmalıdır, jurnalistlər isə öz işini düzgün həyata keçirməlidir.O qeyd edib ki, hazırda yalnız 10 Avropa ölkəsində diffamasiyaya görə cinayət məsuliyyəti haqqında qanun yoxdur və AŞ bu praktikanın genişləndirilməsinə səy göstərir.

Patrik Pennik deyir ki, AŞ yalnız diffamasiyaya görə cinayət cəzasının ləğvini istəmir.Həm də mülki qanunvericilik çərçivəsində məqbul cəzaların müəyyən edilməsinə tərəfdardır.

Venesiya Komissiyası Mətbuat Şurasının layihəsini bəyənməyib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyib ki, bu qurum ATƏT ilə əməkdaşlıq şəraitində hazırlanmış diffamasiya haqqında qanun layihəsini parlamentə təqdim edib. Müvafiq tamamlanmadan sonra qanun layihəsi AŞ Venesiya Komissiyasına göndərilib, lakin müsbət cavab olmayıb.

Öz növbəsində parlamentin Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli diffamasiya haqqında qanunun qəbuluna, eyni zamanda CM-də “böhtan” və “təhqir” maddələrinin qüvvədə qalmasına tərəfdar oluğunu bildirib.

Buna da bax: Şimali Koreyanın uğursuz raket sınağı

Günün bütün mövzuları

XS
SM
MD
LG