Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:06

-

Avropa İttifaqı və Balkan ölkələri rəhbərləri Avropanın qaçqın böhranını müzakirə etmək üçün oktyabrın 25-də fövqəladə iclas keçirirlər. Brüsseldə keçiriləcək mini-sammitin təşəbbüskarı Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker-dir. Görüşə Avropa İttifaqının Almaniya da daxil 8 zərərçəkmiş üzv dövlətinin, eləcə də Serbiya və Makedoniya liderləri qatılıb.

Oktyabrın 24-də Bolqarstan, Rumıniya və Serbiya xəbərdarlıq edib ki, Suriya, İraq və Əfqanıstandan Avropaya axın halında gələn minlərlə miqrant üçün “bufer zona” olmaq fikrində deyillər. Bolqarıstanın baş naziri Boyko Borisov Rumıniya və Serbiya liderləri ilə danışıqdan sonra elan edib ki, əgər Almaniya, Avstriya və Qərbi Avropada olan digər ölkələr öz sərhədlərini bağlayarsa, onlar üçü də eyni vaxtda öz sərhədlərini bağlayacaqlar.

Aylardır ki, bu üç ölkə Avropaya üz tutan miqrantlar üçün tranzit yol rolunu oynayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG