Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:19

Avropa Türkiyəyə "yox" dedi


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

►Avropa Parlamenti Türkiyə vətəndaşları üçün vizasız rejimin tətbiq olunması məsələsinin nəzərdən keçirilməsini dayandırıb.

Avropa Parlamentinin sədri Martin Schultz deyib ki, Ankara bu razılaşmanın əldə olunması üçün müəyyən edilmiş 72 meyarın hamısına əməl etməlidir.

Avropa Parlamentinin ekspertlərinin verdiyi məlumata görə, Türkiyə sözügedən 72 tələbdən 5-nə əməl etməyib.

Onlardan biri xüsusilə prinsipial hesab olunur.

Avropa parlamentarilərinin fikrincə, türklər antiterror qanunvericiliyini o qədər "geniş" təfsir edirlər ki, o, hakimiyyətə tənqidi yanaşan jurnalistləri, alimləri və müxalifət nümayəndələrini də əhatə edir.

Ancaq Türkiyənin pezidenti Recep Tayyip Erdoğan Avropa İttifaqından olan tərəfdaşların tələblərini rədd edib və deyib ki, Ankara qeyri-qanuni gəlmiş qaçqınları Yunanıstandan qəbul etməyəcək.

Türk həmkarları ilə videokonfrans keçirən Avropa Komissiyasının nümayəndələri bildiriblər ki, türklər hələ ki, qaçqınların qəbul edilməsi ilə bağlı razılaşmaya əməl edirlər.

____________________________________________________________

Bunlara da bax:
İslam Partiyasının lideri edam edilib
Azərbaycanda milyonlarla insanın kasıblaşacağı gözlənir

____________________________________________________________

Onlar həmçinin narahatlıqla qeyd ediblər ki, Türkiyəyə münasibətdə vizasız rejimin tətbiq olunmalı olduğu vaxta, yəni iyunun sonuna qədər mübahisəli məsələlərin həll olunması ehtimalı azdır.

Avropa Parlamentinin üzvləri Türkiyəyə vizasız rejimin verilməsi barədə fikirlərini Avropa Komissiyasına bildiirblər. İndi Avropa Komissiyası Türkiyə rəhbərliyini inandırmağa çalışmalıdır.

Qeyd edək ki, mayın əvvəlində Türkiyə AB üzvü olan 28 ölkənin hamısına vizasız rejim tətbiq edib və bununla viza məsələsinin liberallaşdırılmasına dair razılaşmanın şərtlərindən birini yerinə yetirib.

Buna da bax: Bapbalaca miqrantlar

XS
SM
MD
LG