Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:48

Avropa Parlamenti də Bakının addımını alqışladı


Arif Yunus: İttihamlar Yeni Azərbaycan, Səs qəzetlərindən götürülüb
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

Arif Yunus: İttihamlar Yeni Azərbaycan, Səs qəzetlərindən götürülüb

►Avropa Şurasının baş katibi də bəyanat verdi

Avropa Parlamentinin insan haqları üzrə alt komitəsinin sədri Elena Valenciano Arif Yunusun azadlığa çıxmasını alqışlayıb.

O noyabrın 13-də yaydığı bəyanatda Bakı Apellyasiya Məhkəməsinin bu qərarının uzunmüddətdir ki, Azərbaycandan gözlənilən ilk vacib addım və müsbət xəbər olduğunu bildirib.

Elena Valenciano Arif Yunusun hazırda həbsdə olan həyat yoldaşı Leyla Yunusun da təcili azad ediləcəyi və bu cür müsbət qərarların davam etdiriləcəyinə ümidlə yanaşdığını bildirib.

O bir daha bildirib ki, Avropa Parlamenti jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri də daxil olmaqla Azərbaycanda siyasi məhbus məsələsindən dərin narahatdır və onlara qarşı irəli sürülmüş ittihamlar geri götürülməlidir.

Bu arada Avropa Şurasının baş katibi Thorbjørn Jagland da Arif Yunusun həbsxanadan evə buraxılmasını "humanitar jest" adlandırıb və ümid etdiyini bildirib ki, oxşar qərarların verilməsi davam edəcək.

Avropa Birliyi də bundan əvvəl Arif Yunusun azadlığa buraxılmasını alıqşalyıb.

Həmçinin ABŞ dövlət katibi John Kerry bunu humanitar yanaşma və pozitiv addım adlandırıb.

Qeyd edək ki, politoloq Arif Yunus səhhətinin pisləşməsinə görə noyabrın 12-də başqa yerə getməmək şərti ilə həbsxanadan buraxılıb.

Arif Yunus bu ilin avqustunda 7, həyat yoldaşı və hüquq müdafiəçisi Leyla Yunus isə 8 il 6 ay azadlıqdan məhrum ediliblər.

Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bir sıra beynəlxalq təşkilatlar onların həbsini siyasi motivli sayır.

XS
SM
MD
LG