Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:01

-

«Bu binalarda 3 il üzləmə işləri aparıldı, 3 il tozun-tozanağın içərisində sanki işgəncə olunduq. Dedilər ki, Avropa Oyunlarına qədər bütün işlər yekunlaşmalıdır. Oyunlara yaxın işləri yarımçıq qoyub, getdilər».

Salyan şosesi, 2 ünvanında yerləşən «Yeni Şəhər» yaşayış kompleksinin sakinləri ötən ilin iyununda Bakıda keçirilmiş 1-ci Avropa Oyunlarından miras qalmış dağıntılar içərisində çəkdikləri əziyyətlərdən danışırlar.

«YAĞIŞ EVLƏRİMİZİN İÇİNƏ AXIR»

Söhbət yeni inşa edilmiş Su İdman Kompleksi ilə üzbəüz ərazidən gedir. Sakinlərin deməsinə görə, binalara Avropa Oyunlarına görə ağlay və yeni örtüklər vurmağa başlayıblar. Ancaq Oyunlara az qalmış işlər dayandırılıb, fəhlələrin ərazidən ayağı çəkilib. Sakinləri narahat edənsə fəhlələrin qoyub getdikləri dağıntıların içərisində yaşamalarıdır.

Sakin Nərgiz Bəşirova: «1 ildən çoxdur ki, nə az, nə çox – düz 17 binada üzləmə və təmir işləri yarımçıq qalıb. Bu azmış kimi, hələ təmir vaxtı dağıdılmış asfalt örtükləri, kommunal xətlər düzəldilməyib, ortalıq daş-kəsəklə doludur. Elə bil, ərazi müharibədən çıxıb. Neçə ildir ki, əziyyət çəkirik. Dam örtükləri də yarımçıq qalıb. Yağış evlərimizin içərisinə yağır. Divarlar, döşəmələr suyun içərisində olur. Bütün binalardakı mənzillər rütubət içindədir. Binalarda mənzillər var ki, pəncərələrinin qarşısını da bağlayıb gediblər».

«İKİ İLDİR ÇƏLİKLƏ GƏZİRƏM»

Həmin binaların birində yaşayan 74 yaşlı Lətifə Babayeva deyir, binanın girişindən çıxanda eyni ayağı iki dəfə sınıb:

«Binalarımız üzdən Heydər Əliyev Fondunun binasına oxşayır. Amma gəl arxa tərəfinə keç, elə bil, bomba atıblar. Toz-torpaq, qışda palçıq… İşıq xətlərini qəzalı vəziyyətə salıblar. İki dəfə daş-kəsəyə ilişib yıxılmışam, eyni ayağım iki dəfə sınıb. İki ildir ki, çəliklə gəzirəm».

AzadlıqRadiosunun «Qaynar xətt»i Səbail rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənməyə dəfələrlə cəhd göstərsə də, qurumdan cavab ala bilməyib.

Sakinlər özləri də hər yerə müraciət etdiklərini, sonuncu dəfə Heydər Əliyev Fonduna üz tutduqlarını söyləyirlər. Bina sakinlərinin adından Fonda gedən nümayəndəni Mehriban Əliyeva yox, sakinlərin deməsinə görə, onun xalası qızı qəbul edib. Söz verib ki, binalar və ətrafı qısa müddətdə əvvəlki vəziyyətə salınacaq. 4 ay keçsə də, hərəkətə gələn yoxdur.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG