Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:20

Avropa Oyunlarına ev sahibi tapılmır


Bakıdakı Avropa Oyunlarının açılış mərasimi, 2015.
Bakıdakı Avropa Oyunlarının açılış mərasimi, 2015.

-

II Avropa Oyunlarını keçirməyə ən real namizədlərdən olan Rusiya onu qəbul etməkdən imtina edib.

Bu haqda Rusiyanın idman naziri Vitali Mutko açıqlama verib.

ANSPress-in xəbərinə görə, idman naziri bildirib ki, Rusiya bu yarışların keçirilməsi üçün heç ərizə verməyəcək:

“Biz II Avropa Oyunlarını dəqiq keçirməyəcəyik”

"2019-cu ildə ölkəmizdə Avropa oyunları olmayacaq. Birincisi, Rusiya ən böyük idman yarışlarına ev sahibliyi etməklə adını tarixə çoxdan yazıb. İkincisi, bir sıra səbəblər var ki, belə miqyaslı kompleks yarışların keçirilməsi üçün məqsədəuyğun deyil. Buna həm siyasi , həm də cari iqtisadi vəziyyət aiddir. Avropa Olimpiya Komitəsi nümayəndələrinin dedikləri onların şəxsi fikirləri, hansısa arzularıdır. Lakin mən təkrar edirəm: Biz II Avropa Oyunlarını dəqiq keçirməyəcəyik” - deyə V.Mutko bildirib.

Avropa Olimpiya Komitəsi hələ 2015-ci ilin noyabrında elan etmişdi ki, 2019-ci ildə II Avropa oyunlarının keçirilməsi üçün yeganə namizəd Rusiyadır. Avropa Olimpiya Komitəsinin rusiyalı üzvü Aleksandr Kozlovski oyunların keçirilməsinə namizəd şəhərlər kimi Kazan və Soçini misal göstərmişdi.

İlk Avropa Oyunları 2015-ci ildə iyunun 12-dən 28-dək Bakıda keçirilib.Oyunlarda ümumilikdə 20 idman növü üzrə yarışlar keçirilib.

Buna da bax:

Başdaşını başucalığı sayanlar üçün qadağa
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG