Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:08

Avropa Oyunlarına ev sahibi tapıldı - Minsk


Alyaksandr Lukashenka Avropa Olimpiya Oyunları Baş Assambleyasında çıxış edir.

Alyaksandr Lukashenka Avropa Olimpiya Oyunları Baş Assambleyasında çıxış edir.

İkinci Avropa Oyunları Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək.

Bu haqda Avropa Olimpiya Oyunları Baş Assambleyasının press-relizində məlumat verilir.

Məlumatda qeyd edilir ki, Belarusun oyunlara ev sahibliyi məsələsi assambleyanın toplantısında müzakirə edilib. Assamableyanın toplantısına da elə Minsk ev sahibliyi edir.

50 ölkənin milli olimpiya komitəsinin təmsil olunduğu səsvermədə Minskin alternativi olmayıb.

İlk Avropa Oyunları 2015-ci ildə - iyunun 12-dən 28-nə kimi Azərbaycanda keçirilib. Yarışlarda Avropanın 50 ölkəsinin 10 min idmançısı mübarizə aparıb.

2015 - Avropa Oyunlarının rəsmi büdcəsinin 1.12 milyard dollar olduğu bildirilirdi. Ancaq ölkə mətbuatı, ekspertlər bu yarışlara qat-qat çox pul xərcləndiyi bildirirdi.

Aradan keçən bu bir ildə İkinci Avropa Oyunlarına ev sahibliyi ilə bağlı Hollandiyanın, Rusiyanın adı çəkilsə də, sonradan onlar bundan imtina etmişdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG