Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:41

Lətif Hüseynov Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edəcək yeni hakim vəzifəsinə namizəd kimi tövsiyə olunub.

Tövsiyəni Avropa İnsan Hüquqları Məhkəməsinin (AIHM) Hakim Seçkisi Komitəsinin verdiyi bildirilir.

Bu haqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mətbuat xidmətindən məlumat verilib.

Report-un xəbərinə görə, AİHM hakimi vəzifəsinə Azərbaycandan olan namizədlər Komitənin bu il sentyabrın 29-30-da Parisdə keçirilən iclasında nəzərdən keçirilmişdi.

Buna da bax:​ Xanlar Hacıyevi Avropa Məhkəməsində əvəz edəcək 3 namizəd

Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində hazırda Xanlar Hacıyev təmsil edir. Onun səlahiyyəti, hələ, 2015-ci ilin oktyabrında başa çatmışdı. O zaman AŞPA təqdim edilən namizəd siyahısını geri qaytarmışdı.

AŞPA ümumilikdə indiyədək iki dəfə Azərbaycanın hakimliyə namizəd siyahısını geri qaytarıb. AŞPA-ya göndərilən ilk siyahıda Prezident Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərovun, Bakı Apelyasiya Məhkəməsinin hakimi Aygün Abdullayevanın və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışovanın adları var idi.

Azərbaycan bu ilin yanvarında ikinci dəfə siyahı təqdim etmişdi. Yenə də Çingiz Əsgərovun namizədliyi irəli sürülmüşdü. Bu dəfə ondan əlavə Bakı Apelyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyev və Elşanə Vəliyevanın hakimliyə təklif edilirdi. AŞPA-nın Alt Komitəsi ikinci dəfə də siyahını rədd etmişdi.

Buna da bax:​ AŞPA hakimliyə namizədləri ilk mərhələdə bəyənib

Azərbaycan sonuncu dəfə Bakı Apelyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyeva, Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov və Avropa İnsan Hüquqları Məhkəməsində iş təcrübəsi olan hüquqçu Lətif Hüseynovun namizədliyini irəli sürüb.

Hakimlərin yekun seçiminin oktyabrın 11-12-də keçiriləcəyi bildirilir. Həmin günlərdə AŞPA-nın payız sessiyası keçiriləcək. Sessiya zamanı hakimin seçimi ilə bağlı səsvermə gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG