Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:32

Parlamentdə Avropa qurumları əleyhinə müzakirələr gözlənir


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizm dəyişdirilə bilər.

APA Milli Məclisə istinadən xəbər verir ki, bununla bağlı yeni «İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında» Konstitusiya qanunu layihəsi hazırlanıb.

Qanun layihəsi Milli Məclisin payız sessiyasında qanunvericilik işləri planına daxil edilib.

Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.

Buna da bax-Avropa Məhkəməsinə 'sən qarışma' demək...

Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Avropa Şurasının, BMT-nin üzvüdür.

Hələ bu ilin martında deputat Rəfael Cəbrayılovun Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasından imtinasına dair qanun layihəsi hazırladığı bildirilirdi. O vaxt «Yeni Müsavat» qəzetinə müsahibə verən deputat Rusiyada da belə qanun layihəsinin qəbul edildiyini yada salırdı. Ancaq o zaman Rəfael Cəbrayılovu tək müxalifət partiyaları yox, parlamentdəki bəzi həmkarları da tənqid etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG