Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:51

F.Mustafa: «Rusiya Yolu»nu təkrar etmək yanlışdır


Fazil Mustafa
Fazil Mustafa

-

«Dövlətlərarası qərarlara baxış məsələsinə dair qanun layihəsi hazırlanması elə söz olaraq qalır və bu lazım da deyil».

Bu fikri deputat Fazil Mustafa AzadlıqRadiosuna bildirib.

O, bu məsələnin daha çox Avropa İnsan Haqları Məhkəməsinin (AİHN) qərarları ilə bağlı olduğunu qeyd edir:

«Bu, «Rusiya yolu»nu təkrar etməkdir. Rusiya Qərb ilə savaş durumundadır. Bizim Azərbaycan olaraq Qərb dünyası ilə problemimiz yoxdur. Digər tərəfdən Rusiyaya tətbiq edilən sanksiyalar var ortada. Məgər Azərbaycana lazımdırmı bu sanksiyalar tətbiq edilsin? Bu, yanlış yoldur, səhv addımdır».

Siyasi məhbuslar məsələsinə toxunan F.Mustafa bu məsələnin həll edilməsini istəyib:

«İlqar Məmmədovu, Nemət Pənahlını, Fuad Qəhrəmanlını, Rəsul Cəfərovu və ya başqa siyasi məhbusları həbsdə saxlamağın mənası nədir? Ölkənin daha ciddi problemləri olduğu yerdə diqqət belə məsələlərə yönəlir, problemlər yaranır»- deyə F.Mustafa qeyd edib.

Deputatın fikrincə, Avropa ilə münasibətləri yaxşılaşdırmaq olar: «Hesab edirəm ki, mart ayında əfv fərmanı ilə siyasi məhbusların azad edilməsi Avropada müsbət reaksiyalara səbəb ola bilər».

Bir qədər öncə Azərbaycan parlamentində Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına münasibəti tənzimləyən qanun layihəsi hazırlamaq təklifi səsləndirilib. Buna qədər isə Rusiyada belə bir qanun qəbul edilib. Rusiyada qəbul edilən qanun rəsmi Kremlə bu məhkəmənin qərarlarına fərqli yanaşmaq hüququ verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG