Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:31

Rusiya Avropa Məhkəməsinə "məhkəmə qurur"


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

►"Bizim Konstitusiyanı dəyişə bilməzlər"

Rusiyanın Konstitusiya Məhkəməsi (KM) ilk dəfə olaraq rəsmi şəkildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarının icra edilməməsinə icazə verib.

Strasburqda yerləşən AİHM məhbuslara seçki hüququ verilməsini tələb edirdi. Bu qərar hələ 2013-cü ildə Strasburqda "Ançuqov və Qladkov Rusiyaya qarşı" adlı iş üzrə qəbul edilmişdi.

Konstitusiya Məhkəməsinin qərarında isə deyilir ki, AİHM-nin qərarı Rusiya Konstitusiyasına ziddir, buna görə də onu bütöv şəkildə icra etmək mümkün deyil. Konstitusiya məhbusların seçkilərdə iştirakını qadağan edir.

Bundan əlavə, KM hesab edir ki, Strasburq Məhkəməsi öz səlahiyyətlərini aşıb və onun Rusiyanın öz konstitusiyasına dəyişikliklər etməyi tələb etmək hüququ yoxdur.

Məhkəmə iclasında iştirak edən Rusiya Ədliyyə nazirinin müavini Georgiy Matyuşkin bildirib ki, AİHM Rusiya konstitusiyasını tənqid etməklə ölkənin suverenliyini pozub.

Parlamentin hər iki palatasının, prezidentin, hökumətin, Baş prokurorluğun, MSK-nın nümayəndələri də bildiriblər ki, məhbuslara səsvermə hüququ vermək kriminal aləmə hakimiyyət orqanlarının formalaşmasına təsir etmək hüququ vermək deməkdir.

Ədliyyə nazirliyi isə bildirib ki, o bu məhkəmə qərarını ədalətli və qərəzsiz hesab etmir.

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

Hökumət nümayəndələri həmçinin Britaniya ilə paralellər aparıblar. Bildirilib ki, Britaniya da AİHM-nin John Hirst-ün işi ilə bağlı analoji qərarını icra etməkdən imtina edib.

Lakin Rusiyanın Konstitusiya Məhkəməsi belə qərara gəlib ki, AİHM-nin tələbləri qismən yerinə yetirilə bilər. Məsələn, ayrı-ayrı qeyri-ağır kateqoriyalardan olan məhbuslara səsvermə hüququ verilə bilər.

Məhbuslar Sergey Ançuqov və Vladimir Qladkovun hər biri 15 illik azadlıqdan məhrumetmə dövründə seçkidə səsvermə hüquqlarından məhrum edildiklərindən şikayətlənirdilər. Onlar hesab edirlər ki, seçkilərdə iştirak imtiyaz yox, vətəndaş hüququ olmalıdır. Ötən ilin dekabrında ölkə prezidenti Vladimir Putin beynəlxalq məhkəmələrin qərarları ölkə konstitusiyasına zidd olduğu təqdirdə Konstitusiya Məhkəməsinin onları icraedilməz kimi tanımasına icazə verən qanunu imzalayıb. Bura ilk növbədə AİHM daxildir.

Bu qanun Strasburq məhkəməsinin Rusiya hökumətinin YUKOS-un keçmiş səhmdarlarına 1,9 milyar avro təzminat ödəməli olduğu barədə qərarından sonra qəbul edilib.

Qeyd edək ki, Avropa Məhkəməsinin qərarlarının bəzi hallarda icra edilməməsi ilə bağlı qanun layihəsi Azərbaycan parlamentində də hazırlanıb.

Buna da bax: Serj Sarkisian Qarabağa gedib

Serj Sarkisian Qarabağa gedib
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG