Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:48

Avropa Məhkəməsində Azərbaycanla bağlı qərarların sayı xeyli artıb


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

►Nümunəvi ölkə necə olur...

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2015-ci ildə qəbul etdiyi 823 qərarın 30-u Azərbaycanla bağlı olub.

Bu qərarların əksəriyyətində ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu tanınıb. AİHM-in ötən ilin statistikası bağlı yanvarın 28-də açıqladığı illik hesabatda belə deyilir.

Hesabata görə, 2014-cü ilin statistikası ilə müqayisədə 2015-ci ildə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayı azalıb. 2014-cü ildə AİHM-ə 403 şikayət göndərilmişdisə, ötən ilki şikayətlərin sayı 268 olub. Həmin şikayətlərdən 123-ü qəbul edilməyib.

2015-ci ildə Azərbaycanla başlı çıxarılan qərarların sayı xeyli artıb. Məhkəmə 2014-cü ildə Azərbaycanla bağlı 11 qərar qəbul etmişdi, ötən il isə Azərbaycanla bağlı 30 qərar çıxarılıb. Bundan əlavə 2015-ci ildə Azərbaycandan göndərilən 106 iş üzrə hökumətlə kommunikasıya aparılıb.

Buna da bax: Miki kəndindəki dördəmlərin çarəsiz həyatı

Hesabata görə, AİHM AİHM, 2015-ci ildə ümumilikdə 823 qərar qəbul edib. Haqqında ən çox qərar çıxarılan ölkə Rusiya olub. Rusiya barəsində 116 qərar qəbul edilib. Rusiyanı 87 qərarla Türkiyə, 84 qərarla Rumıniya, 47 qərarla Yunanıstan, 44 qərarla Macaristan izləyir.

AİHM-ə ən çox şikayət göndərən ölkə Ukraynadır. Bu ölkədən AİHM-ə ümumilikdə 13 min 850 şikayət göndərilib. Sonrakı yerlərdə 9200 şikayətlə Rusiya, 8450 şikayətlə Türkiyə, 7 550 şikayətlə İtaliya, 4 600 şikayətlə Macarıstan, 3550 şikayətlə Rumıniya, 2150 şikayətlə Gürcüstan gəlir.

Avropa Məhkəməsi 2015-ci ildə Andorra, Çexiya, Danimarka, İrlandiya, Monako, Hollandiya və İsveç barəsində çıxardığı bütün qərarlarda həmin ölkələrin Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları pozmadığı qənaətinə gəlib.

Azərbaycan Avropa Şurasına 2001-ci ilin yanvarında qoşulub. Həmin ildən Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul edib. AİHM Azərbaycanla bağlı ilk qərarını 2006-cı ildə qəbul edib. 2015-ci ilin sonunadək Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG