Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:08

►Avropadan Azərbaycan fermerləri üçün 40 milyon dollar kredit

Avropa Yenidənqurma və İnkişaf Bankı ümumi məbləği 40 milyon ABŞ dolları olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Alətləri” layihəsini (AZAFF) həyata keçirməyə başlayıb. Layihənin icrasında Avropa İttifaqı da iştirak edir.

Məqsəd yerli bankları da kənd təsərrüfatı sektorunda çalışan fermer və müəssisələrə kredit verməyə həvəsləndirməkdir.

Noyabrın 26-da Bakıda Avropa İttifaqı Azərbaycan nümayəndəliyi və AYİB “Azərbaycanda iqtisadi diversifikasiyanın sürətləndirilməsi: Kənd təsərrüfatı sahəsinə dəstək” mövzusunda təqdimat keçirilib.

AYİB-in Azərbaycandakı nümayəndəsi Nil Makkeyn tədbirdə bildirib ki, dünya bazarında neftin qiymətinin kəskin azalması ölkədə iqtisadiyyatın şaxələndirilməsinə olan ehtiyacı aktuallaşdırıb:

“Biz bilirik ki, Azərbaycan hakimiyyətinin yerli və beynəlxalq mənbələr hesabına fermerlərin fəallığının artırılmasına yönəlmiş sərmayələrin cəlb olunması üçün siyasi iradəsi var”.

Hazırda AYİB Azərbaycanda kənd təsərrüfatının

dəstəklənməsinə xidmət edən və ümumi dəyəri 40 milyon ABŞ dolları olan 11 layihəsinin icrasında iştirak edir.

Layihə seçilmiş yerli banklar vasitəsilə regionlarda çalışan kiçik və orta fermer təsərrüfatlarına və sahibkarlıq müəssisələrinə kreditlərin verilməsini nəzərdə tutur. Maliyyələşdirmə yumşaq şərtlərlə (aşağı faiz və optimal müddət) aparılacaq.

Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafına dövlət dəstəyini Sahibkarılığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, “Aqrolizinq” ASC vasitəsilə göstərir. Kənd təsərrüfatında bitkiçilik məhsullarının istehsalı ilə məşğul olanlar torpağın sahəsinə görə subsidiyalar alır. Kənd təsərrüfatı texnikası, gübrələr və damazlıq qaramal dövlət büdcəsi hesabına bazar qiymətindən aşağı qiymətə satılır.

Hökumətin hesablamalarına görə, hər il bu məqsədlə təxminən 150 milyon manat sərf olunur. Bununla belə, bir çox fermerlər aşağı faiz dərəcəli kreditlərə çıxış imkanlarının olmamasından şikayət edirlər.

Ölkə əhalisinin 38 faizi kənd təsərrüfatı sahəsində çalışır. Hökumət bu ilin əvvəlindən kənd təsərrüfatı məhsulu istehsalının 6,7 faiz artdığını iddia edir. Ümumi Daxili Məhsulda aqrar bölmənin payı isə 6,2 faizdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG