Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

Hələ Avropa İttifaqı ilə danışılqar gözlənilmir


Mahmud Məmmədquliyev, 16 oktyabr 2007

Mahmud Məmmədquliyev, 16 oktyabr 2007

“Mən düşünmürəm ki, bu ilin sonunda və yaxud gələn il Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar başlasın".

APA bu xəbəri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev-ə istinadən yayıb.

Onun sözlərinə görə, hər iki tərəfdə bununla bağlı hazırlıq işləri gedir:

"Hazırda nümayəndə heyətlərinin formalaşması prosesi gedir. Mən deyə bilərəm ki, faktiki olaraq bütün qurumlar iştirak edəcək. Şübhəsiz ki, əsas qurum rolunda XİN olacaq. Çünki bu qurum koordinatordur. Eyni zamanda, enerji, iqtisadiyyat və digər sahədən olan qurumlarda təmsil olunacaq".

Azərbaycan daha 5 postsovet ölkəsilə birgə (Ukrayna, Moldova, Gürcüstan, Belarus, Ermənistan) 2004-cü ildən Avropa İttifaqının “Şərq Trərəfsşalığı Proqramı”nda iştirakçıdır. 2014-cü Ukrayna, Moldova, Gürcüstan Avropa İttifaqı ilə Assosiativ üzvlüyə dair saziş imzlayıb.Azərbaycan isə bu sazişi imzalamqdan imtina edərək daha yüksək strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzlanması təklifi verib.

Amma ekspertlər rəsmi Bakının bu addımını Avroatlantika məkanına inteqrasiya kurusundan imtina etməsi kimi dəyərləndirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG