Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

İsveç: 'Avropanın ildə bir milyon qaçqın qəbul etmək imkanı var'


Aralıq dənizi ilə İtaliya sərhədlərinə yaxınlaşan miqrantlar

Aralıq dənizi ilə İtaliya sərhədlərinə yaxınlaşan miqrantlar

«Avropa Birliyi ildə bir milyon qaçqını öz ərazisində «özününküləşdirmək – əritmək» iqtidarındadır. Əgər konsensus əldə edilməzsə, səs çoxluğu ilə qaçqınlara sığınacaq verilməsi barədə yeni qaydaları təsdiq edə bilər. Avropa bir qitə olaraq qlobal qaçqın böhranına görə öz məsuliyyətini anlamalıdır».

Bu sözləri İsveçin sol mərkəzçi hökumətində ədliyyə və miqrasiya naziri Morgan Johansson Reuters-ə müsahibəsində deyib. «Biz dünyada ən varlı qitəyik və aydın məsələdir ki, bu problemin öhdəsindən gələcək biriləri varsa, o da 500 milyonluq əhalisi olab Avropadır», - o bildirib.

Buna da bax: Türkiyədən Avropaya qaçqın axını yenidən başlayıb

İsveç keçən il 10 milyonluq əhalisinin proporsiyasına uyğun olaraq AB-nin digər ölkələrindən daha çox qaçqına yer verib.

İsveç tarixi liberal siyasəti ucbatından miqrasiya məsələsində Avropa Birliyi miqyasında üzərinə daha ağır yük götürüb. O keçən il 10 milyonluq əhalisinin proporsiyasına uyğun olaraq AB-nin digər ölkələrindən daha çox qaçqına yer verib.

Buna da bax: Moskvaya dostyana yanaşan Avropa ölkələri aktivləşir

Amma Johansson-un şərhi AB-nin böyük hissəsi ilə İsveçi ayıran dərin uçuruma işıq salır. Mərkəzi Avropa ölkələri nə qədər qaçqın qəbul edəcəklərinə dair kvota qoyulması uğrunda mübarizə apardığı, alman lideri Angela Merkel açıq qapılar siyasətinə görə öz ölkəsində tənqid atəşinə tutulduğu bir vaxtda bu uçurum daha aydın görünür. Keçən il Suriya, İraq və Əfqanıstan kimi ölkələrdən 1,3 milyon miqrant Avropaya gəlib çıxıb. Bu da məsuliyyəti bölüşmək baxımından üzv ölkələr arasında gərgin mübahisələrə yol açıb.

Buna da bax: Üç mindən çox miqrant Avropaya gedərkən boğulub

Keçən il Suriya, İraq və Əfqanıstan kimi ölkələrdən 1,3 milyon miqrant Avropaya gəlib çıxıb.

Johansson artıq Avropada olan və AB-dən kənarda yerləşən düşərgələrdəki qaçqınların üzv ölkələr arasında bölüşdürülməsinin sabit mexanizmini göstərir.

«Əgər biz razılığa gələ bilməsək qərar qəbul olunması üçün qaydalar var. Bunlar bu sahədə tətbiq olunan mükəmməl qaydalardır. Avropa Birliyi ildə 1 milyon qaçqın qəbul etmək iqtidarında olmalıdır».

Buna da bax: Avropadan 11 milyon adam sığınacaq istəyib

Macarıstan ilə qovğa

İsveç 2015-ci ildə 163 min sığınacaq axtaran qaçqını qeydə alıb.

İsveç 2015-ci ildə 163 min sığınacaq axtaran qaçqını qeydə alıb. Amma bu il həmin rəqəmin 35 minə enəcəyi gözlənilir. Bu da sığınacaq verilməsi üçün qoyulan ciddi qaydalar, sərhəddəki nəzarət və qaçqınların AB-yə girməsini əngəlləmək üçün atılan sərt addımlar ucbatındandır. Bu sərt addımların sırasına Türkiyə ilə sövdələşmə də aiddir. Buna Yunanıstana çatmaq üçün Türkiyə ərazisindən keçməli olan insanların sayının kəskin azaldılması da daxildir.

Buna da bax: Ən çox köçkün ötən il yaranıb

Johansson deyib ki, o keçən həftə Macarıstan səfirinə öz etirazını bildirmək üçün yanına çağırıb. Macarıstan Avropa boyunca hərəkət üçün ilk dəfə orada qeydiyyata düşmüş, sığınacaq axtaran şəxslərin qəbulundan imtina edib. Bu isə Avropa Birliyinin Dublin sövdələşməsinə ziddir.

Macarıstan Avropa boyunca hərəkət üçün ilk dəfə orada qeydiyyata düşmüş, sığınacaq axtaran şəxslərin qəbulundan imtina edib.

İsveç naziri və onun skandinaviyalı həmkarları Macarıstanın əleyhinə hərəkət etmək üçün AB komissiyasına məktub yazıblar. Çünki macar hakimiyyəti miqrantları ölkələrinə buraxmamaq üçün tikanlı məftillərdən sədlər çəkib və qaçqın kvotasından imtina etmək üçün gələn ay referendum keçirməyə hazırlaşır. Johansson «Ən pis halda Macarıstanın məhkəməyə veriləcəyini» söyləyib.

Buna da bax: 2014-cü ildən dənizdə 10 min qaçqın batıb

Johansson «Ən pis halda Macarıstanın məhkəməyə veriləcəyini» söyləyib.

AB miqrant axınının qabağını saxlamaq üçün Türkiyədən asılı vəziyyətə düşüb. Türklərə vəd olunan vizasız rejim isə AB-nin Ankaradan əvvəlcə terrorizmlə mübarizə sahəsində qanunlarını yumşaltmağı tələb etməsi inadı ucbatından daşa dirənib. «Əslində, iş bu yerə çatdığı üçün indi söz deyəcək tərəf Türkiyə məhkəməsidir», – Yohansson belə deyib.

Miqrasiya dalğası bütün Avropanı əhatə etdiyindən, İsveç əmin olmaq istəyir ki, Almaniyada sığınacaq axtaran, qeydiyyata alınmamış şəxslərin məsələsi elə yerindəcə həll olunacaq və İsveçin Danimarka ilə sərhəddinə gəlib çıxmayacaq.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG