Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:43

ABŞ Avropadakı tanklarını artırır


ABŞ tankları Latviyada təlim zamanı. Noyabr, 2014

ABŞ tankları Latviyada təlim zamanı. Noyabr, 2014

Reuters agentliyi yazır ki, bu Rusiyanın Avropadakı mümkün təcavüzlərini önləmək məqsədi ilə edilir.

ABŞ hərbiyyəsi bəyan edib ki, Avropaya zirehli texnikadan ibarət rotasiyalı briqada göndərəcək.

Reuters agentliyi yazır ki, bu Rusiyanın Avropadakı mümkün təcavüzlərini önləmək məqsədi ilə edilir.

ABŞ-dan gətirələcək əsgəri qüvvələr 2017-ci ilin fevralından 9 aylıq rotasiyada olacaq və bü müddət ərzində Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstanda hərbi təlimlər keçiriləcək.

ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığı bildirib ki, briqadanın Avropadakı dislokasiyası daimi olacaq və beləliklə, Amerikanın qitədəki briqadalarının sayını üçə çatdıracaq.

Bu da xəbər verilir ki, hər döyüş vahidi özü ilə daha təkmil avadanlıq gətirəcək və beləliklə, Avropada hazırda mövcud olan təlim avadanlığı tamamilə təzələnəcək.

Reuters xəbər verir ki, normal halda ABŞ zirehli briqadasında 4500 əsgər olur.

“Assimetrik cavab” nədir?

Bu faktiki olaraq ABŞ-ın Avropadakı hərbi mövcuddiyyətini möhkəmləndirməklə onu funksional baxımdan daimi dislokasiya olunan qüvvələrə çevirəcək.

Xəbər verilir ki, Birləşmiş Ştatların hərbi büdcəsində Rusiyadan narahat ölkələrin silahlı qüvvələrinin təlimləndirilməsi üçün nəzərdə tutulan vəsait kəskin artırılıb.

Hazırda Avropada olan hərbi texnika və avadanlıq təkmilləşdirilərək Belçika, Hollandiya və Almaniyada mənzillənəcək.

Kreml bu xəbərlə əlaqədar hələlik mövqe bildirməsə də, Rusiyanın NATO yanındakı daimi nümayəndəsi Aleksandr Qruşko Rossiya 24 telekanalına Moskvanın bu addıma qarşı “assimetrik” cavab addımı atacağını bildirib.

Qruşko deyib ki, Moskva ABŞ-ın Avropada öz hərbi mövcudiyyətini heç bir əsas olmadan gücləndirdiyini müşahidə edir və bu hərəkətlərə müvafiq hərbi tədbirlər görür.

Günün bütün mövzuları

XS
SM
MD
LG