Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Xüsusi nümayəndə Azərbaycanla məsləhətləşmələrə gəlir


Herbert Salber

Herbert Salber

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycana səfər edəcək.

APA bu xəbəri H.Salberin ofisinə istinadən yayıb.

Səfər oktyabrın sonuncu həftəsinə planlaşdırılır. Məqsəd Azərbaycanda yüksək səviyyəli məsləhətləşmələr aparmaqdır.

Azərbaycanla Avropa Birliyi arasında münasibətlər 1996-cı ildən qurulub. Bu münasibətləri 1996-cı ildə imzalanan Əməkdaşlıq və Tərəədaşlıq barədə saziş müəyyən edir.

Azərbaycan 2004-cü ildən Avropa Birliyinin “Şərq Tərəfdaşlığı proqramında da yer alır. Bu proqrama Azərbaycandan başqa daha 5postsovet ölkəsi (Belorus, Ukrayna, Moldova, Gürüstan və Ermənistan) cəlb edilib. Bu ölkələrdən Ukrayna, Moldova və Gürcüstan Avropa Bilryi ilə Assosiativ üzvlük sazişi imzalayıb.

Azərbaycan 2014-cü ildə bu sazişi imzalamaqdan imtina edərək daha yüksək iki tərəfli strateji əməkdaşlıq sazişi imzalamaq məsələsini irəli sürüb. Hazırda bu sənədin üzərində iş gedir. Amma bir çox ekspertlər rəsmi Bakının bu addımını Avroatlantik məkana inteqrasiya kursundan imtina adlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG