Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:27

Martin Schulz: Avropa Azərbaycanı özünə yaxın saxlamalıdır


Avropa Parlamenti sədrinin fikrincə, Azərbaycan hakimiyyətinə təlqin edilməlidir ki, istər fərdi azadlıqlara, istərsə də demokratik azadlıq və prinisplərə hörmət göstərilməlidir

Avropa İttifaqı Belarus və Azərbaycanı “bir qonşu və partnyor” olaraq öz orbitində saxlamalıdır.

Bu barədə Avropa Parlamentinin sədri Martin Schulz AzadlıqRadiosunun Brüssel müxbiri Rikard Jozwiak-la söhbətində bildirib.

Belarus prezidenti Aleksandr Lukaşenkonun üzərindən Avropa sanksiyalarının qaldırılmasına münasibəti barədə suala cavab verərkən cənab Schulz deyib ki, şəxsən onun Lukaşenkoya münasibəti, ümumilikdə problemlidir və buna səbəb Belarus prezidentinin 22 yaşlı gənc müxalifətçi barədə çıxarılmış ölüm hökmünü təsdiq etməsi olub.

Ölüm hökmü Belarusda hələ də ləğv edilməyib və son edam 2014-cü ilin əvvəllərində icra olunub. Əslində Belarus ölüm hökmlərinin icrasını davam etdirən yeganə Avropa ölkəsi olaraq qalır.

Willy Brandt yada düşüb

AzadlıqRadiosu müxbirinin “Azərbaycan və Belarus doğrudanmı Avropa dəyərlərini bölüşürlər” sualına AP sədri ümumi siyasət kontekstində cavab verib.

O Almaniyanın keçmiş xarici işlər nazirlərindən birinin sözlərini sitat gətirib. Həmin nazir demişdi ki,“biz əgər yalnız tam yetkin demokratiyalarla münasibət qursaydıq, onda mənim nazirliyim mənim mənzilimə yerləşə bilərdi”.

Martin Schulz bildirib ki, istər Belarus və istərsə də Azərbaycan barədə Avropa İttifaqının siyasəti bu iki ölkəni həm qonşu, həm də partnyor olaraq yaxın saxlamaq olmalıdır.

Schults Almaniya Federativ Respublikasının kansleri Willy Brandtdan (1969-1974) sitat gətirərək deyib ki, Avropa Şərqlə yaxınlaşma prosesində onu təsirləndirməyə çalışmalıdır.

AP sədrinin fikrincə, Azərbaycan hakimiyyətinə təlqin edilməlidir ki, istər fərdi azadlıqlara, istərsə də demokratik azadlıq və prinisplərə hörmət göstərilməlidir.

Gürcüstan vizasız Avropaya bir az da yaxınlaşdı

AzadlıqRadiosunun Brüssel müxbiri Martin Schulz-a həmçinin Avropa İttifaqının Ukrayna və Gürcüstanla vizasız gediş-gəliş rejiminin bərqərar edilməsinin vəziyyəti barədə sual verib.

Hələ bu müsahibənin ərəfəsində Ukrayna və Gürcüstanla vizasız gediş-gəliş məsələsinə dair danışıqların birlikdə, yoxsa ayrı-ayrılıqda aparılmasının məqsədyönlüyü məsələsi müzakirə edilirdi.

Beləki Ukraynanın Avropa İttifaqı qarşısında bir sıra islahatlara dair vədləri yerinə yetirilməsə də, Tbilisi ondan tələb edilən bütün şərtləri yerinə yetirmişdi.

Brüsseldən alınan son xəbərlərə görə, Gürcüstan və Ukraynanın vizasız gediş-gəliş məsələlərinə ayrı-ayrılıqda baxmaq qərara alınıb.

Təhlilçilər bildirirlər ki, indi Avropa İttifaqı ilə sərbəst gediş-gəliş rejiminin əldə olunmasına keçmiş sovetlərdən ən yaxın ölkə Gürcüstandır.

XS
SM
MD
LG