Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:57

Avropa Birliyi parlamentin 'Avronest' qərarına şaddır


Malena Mard
Malena Mard

«Şadam ki, Azərbaycan Milli Məclisi «Avronest»ə qayıtmaqla bağlı məsələni nəzərdən keçirmək haqqında qərar qəbul etdi».

Bunu oktyabrın 1-də Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə açıqlamasında deyib.

APA xəbər verir ki, xanım Mard bu günlərdə Avropa parlamentarilərinin Azərbaycana səfərini də xatırladıb: «Azərbaycanda səfərdə olan Avropa parlamentariləri azərbaycanlı həmkarları ilə işləməkdə maraqlı olduqlarını açıq bildiriblər. Avropa Birliyi Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır. Ümid edirəm ki, yaxın vaxtlarda bu, qanunvericilik müstəvisində də əks olunacaq».

O, Avropa Birliyiilə Azərbaycan arasındakı alt komitələrin öz fəaliyyətini bərpa edəcəyini də bildirib: «Oktyabrın ortalarında Azərbaycanla Avropa Birliyi arasında ilk belə tədbir keçiriləcək. Həmin görüşdən sonra növbəti məsələlər haqqında danışmaq mümkündür».

Buna da bax-Azərbaycan qapısını çırpdığı 'Avronest'ə geri dönür

Bir ildən artıq idi ki, Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərdə soyuqluq yaranmışdı. Bu, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsindən sonra baş vermişdi.

2015-ci ilin sentyabrında qəbul edilən həmin sənəddə əsas insan hüquq və azadlıqlarının pozulmasından, ictimai siyasi fəalların təqibindən bəhs edilirdi.

Qətnamədə Əliyevlər ailəsinin var-dövləti, həmin var-dövlətin mənbələrinin araşdırılmaması haqda deyilənlər Azərbaycan rəsmilərinin sərt reaksiyana səbəb olmuşdu. Azərbaycan parlamenti «Avronest»də fəaliyyətini dayandırmağa qərar vermişdi.

Sentyabrın 30-da Milli Məclis həmin qərarını ləğv edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG