Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:39

Avro-2016-nın rəmzi yığması açıqlandı


Cristiano Ronaldo (solda) Portuqaliya-İslandiya oyununda, 14 iyun, 2016

Cristiano Ronaldo (solda) Portuqaliya-İslandiya oyununda, 14 iyun, 2016

-

Avropa Çempionatından son xəbərlər

“Bir çoxları şalvarımı ilk dəfə görür”

Macarıstan yığmasının qapıçısı Gabor Kiraly Avstriya üzərindəki qələbədən (2:0) danışarkən meydana idman şalvarı ilə çıxmasına da toxunub. Qapıçının fifa.com saytına dediyinə görə, bu onun üslubunun bir hissəsidir:

“Bu şalvarı onda özümü rahat hiss etdiyimə görə geyinirəm. Enində-sonunda qapıçıyam, top-model deyiləm. 20 il əvvəl şalvar geyməyə qərar verdim və o üslübumun bir elementinə çevrildi. Avropa çempionatı çox böyük turnirdir. Bir çoxları şalvarımı ilk dəfə görür. Hə, bəziləri təəccüblənə bilər. Ancaq Avstriya ilə oyun mənim üçün, sadəcə, şalvarda keçirdiyim növbəti oyun idi. Turnirə uğurlu başlamaq bizim üçün çox vacib idi. Komandam iki qol vurdu,birini də buraxmadı və 3 xal qazandı. Biz öz oyunumuza köklənmişdik,əlimizdən gələnin ən yaxşısını etməyə çalışırdıq”.

Lill polisi 36 nəfəri saxladı

Lill polisinin saxladığı rus fanatlar, 15 iyun

Lill polisinin saxladığı rus fanatlar, 15 iyun

İyunun 15-də Rusiya ilə Slovakiyanın qarşılaşdığı Lill şəhərinin polisi ictimai qaydaları pozan 36 nəfəri saxlayıb. Bu haqda Nor prefekturasının yaydığı kommünikedə deyilir. Xatırladaq ki, bundan əvvəl 12, 16,sonar isə 25 azarkeşin tutulduğu bildirilirdi.

Kommünikedə həmçinin təcili yardım xidmətinin gün ərzində 50 zərərçəkənə yardım göstərildiyi, oyundan dərhal sonra müraciət edən 17 nəfərdən altısının hospitala çatdırıldığı vurğulanır. Xatırladaq ki, oyundan sonra britaniyalı fanatların başlatdığı toqquşmaya sonradan başqaları da qoşulub.

Və yenə Payet!

İngiltərə yığmasının sabir hüçumçusu Alan Shearer twitter səhifəsində Fransa yığmasının yarımmüdafiəçisi Dimitri Payet-i tərifləyib. 6-cı uzatma dəqiqəsində fərqlənən 29 yaşlı xavbek Albaniya üzərindəki qələbəyə (2:0) töhfəsini verib. Yeri gəlmişkən, Fransanın ilk oyununda da qol vuran Payet hər iki oyunda komansasının ən yaxşısı sayılıb.

____________________________________________________________

Bunlara da bax:
“Ya torpaqlarımıza qayıdaq, ya da imkan versinlər, tualet tikək”
''Heydəristan'ı fransızca yazacam'

____________________________________________________________

Shearer twitter səhifəsində belə yazıb: “Və yenə Payet! İndiki an üçün turnirin ən yaxşı oyunçusu!”

İlk turun rəmzi yığması açıqlandı

UEFA AÇ-2016-nın qrup mərhələsinin ilk turunun rəmzi yığmasını açıqlayıb. Uels və Portuqaliya yığmalarını təmsil edən Gareth Bale ilə Cristiano Ronaldo rəmzi yığmanın hücum xəttini təşkil edir. Hücumda Rusiya yığmasının qapısına cərimə zərbəsindən möhtəşəm qol vuran Erik Dier-ə də yer tapılıb. Rəmzi yığmanın heyəti: Manuel Neuer (Almaniya), Juanfran (İspaniya), Shkodran Mustafi (Almaniya),Gerard Puque (İspaniya), JordiAlba (İspaniya), N'Golo Kante (Fransa),

Erik Dier (İngiltərə), Toni Kroos (Almaniya), Dimitri Payet (Fransa), Gareth Bale (Uels), Cristiano Ronaldo (Portuqaliya).

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (16 iyun)

“Azadlığa buraxılanların bəziləri yenidən həbs olunmaq riskilə üz-üzədir.”

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (16 iyun)

“Formula-1”ə 300 milyon xərclənib?
XS
SM
MD
LG