Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

Bakıdakı «AVIS» apteklər şəbəkəsinin sahibi, «My Med» MMC-nin direktoru Elmir Məhərov 10 ay həbsdə saxlanıldıqdan sonra məhkəmə zalından azadlığa buraxılıb. Bu, noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

E.Məhərovun işinə Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxırdı. Onların çıxardığı hökmə əsasən, E.Məhərova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. «My Med»in rəhbəri 3 il şərti cəza ilə azadlığa buraxılıb.

320 MANATLIQ DƏRMANI 1200 MANATA SATIBLAR

Elmir Məhərov süni qiymət artımında, ölkədə dərman qıtlığı yaradıb sonra daha baha qiymətə satmaqda günahlandırılır. İttihama görə, «My Med» MMC-nin tabeliyində olan «AVIS» apteklər şəbəkəsində diabet xəstəliyinin müalicəsinə nəzərdə tutulan «Pegintron 80» dərmanı qiymətindən dörd dəfə baha - 1200 manata satılıb. Əslində isə, dərmanın qiyməti 320 manatdır.

E.Məhərov yanvarın 29-da həbs olunub. Ona CM-nin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200-cü (istehlakçıları aldatma) maddələri ilə ittiham verilmişdi.

E.Məhərov məhkəmədə ifadəsində özünü təqsirli bilmədiyini deyib.

«AVIS» tibbi marketlər şəbəkəsi Azərbaycanda 1998-ci ildə fəaliyyətə başlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG