Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:16

Qohumu Azərbaycanın hərbi attaşesini qətldə suçlayır


İllüstrasiya
İllüstrasiya

►Onun özünün ittihamlara münasibəti bəlli deyil

Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi İlyas İbrahimovun adı qətl hadisəsində hallanır.

Onu ittiham edən isə bacısının qayınatası Haqverdi İsgəndərovdur.

Haqverdi İsgəndərov aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunun - Dövlət Reyestr Xidmətinin keçmiş rəis müavini Füzuli İsgəndərovun qətlilə bağlı məhkəmə prosesində zərərçəkmiş qismində ifadə verib.

O bildirib ki, oğlunun gəlini Xalidə İsgəndərova tərəfindən qətlə yetirildiyinə əmindir.

"Bu ailədə həmişə qalmaqal olub. Xalidə bundan əvvəl də oğluma xəsarət yetirib. Oğlumun ölümündən sonra onlara gedəndə gördüm ki, əsgi ilə divardakı qanları silir. Deyir ki, "evə oğru girmişdi, pul tələb edirdi, mənə də xəsarət yetirdi" - bütün bunlar yalandı. Hadisədən bir neçə ay sonra nəvələrimi - Əmanə və Bülbülü oğlumun obyektində gördüm. Pul almağa gəlmişdilər. Orada Əmanə də mənə dedi ki, "baba, atamla anam dalaşdı, səs-küyə aşağı düşəndə gördüm ki, anam atamı bıçaqlayıb". Füzuli qaçıb ki, qarajda maşına minsin, orada da onu bıçaqlayıb ki, ölsün, bu işin üstü açılmasın. Sonra da Türkiyəyə qardaşına zəng eləyib, o da buna məsləhət verib ki, ört-basdır eləmək üçün necə düzüb-qoşsun, nələr desin" - Haqverdi İsgəndərov bildirib.

Zərərçəkmiş ifadəsinin sonunda gəlini Xalidə İsgəndərovaya ən ağır cəza verilməsini, qardaşı İlyas İbrahimovun da cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. O, əlavə edib ki, İlyas İbrahimovun cəzalandırılması üçün Baş Prokurorluğa, ölkə rəhbərliyinə müraciət edib.

Xatırladaq ki, Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də evində qətlə yetirilib. Onun həyat yoldaşı Xalidə İsgəndərova səkkiz ay bu iş üzrə zərərçəkmiş qismində tanınıb. 2015-ci ilin aprelində isə mübahisə zəminində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub.

Füzuli İsgəndərli keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

İlyas İbrahimovun özünün bu ittihamlara münasibəti bəlli deyil.

Buna da bax: Heydər Əliyev Kamaləddin Heydərovu danlayır

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

12 yaşlı məktəblinin Putinə çətin sualı
Azərbaycanı Kuba, Venesuela kimi sərt tənqid edirlər

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"ABŞ Azərbaycana iki yol təklif edir"
Putin Qarabağdakı qanlı toqquşmadan danışdı

XS
SM
MD
LG