Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

Bu günlərdə tanınmış türkoloq Ramiz Əsgərin həyatında iki önəmli hadisə baş verib.

Başqanı olduğu Türk Xalqları Ədəbiyyatı Anabilim Sahəsi və Türkoloji Anabilim Sahəsi birləşdirilib və Ramiz Əsgər birləşmiş qurumun başqanı seçilib.

«Həyatımda ondan yüz dəfə önəmli başqa bir hadisə baş verdi: böyük əmək verib yetişdirdiyim oğlum Atilla NASA-da işə qəbul edildi».

Ramiz Əsgər övlad sevincini dostlarıyla belə paylaşıb.

Atilla İstanbul Texniki Universitetinin Mexanika fakültəsini, sonra Virciniya Texniki
Universitetinin (ABŞ) Mexanika fakültəsini bitirib və kosmik mühəndis
diplomu alıb.

Atilla Əsgər son olaraq Corc Meyson Universitetinin (Vaşinqton) doktorantı idi.

NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyidir.

1958-ci ildə yaradılıb. NASA-nın 18 min nəfər əməkdaşı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG