Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:20

►ATƏT Azərbaycana qayıdacaqmı?

“Azərbaycanın pulu qurtarır, xaricdə kredit axtarır”.

REAL İdarə Heyətinin üzvü Erkin Qədirli Azərbaycanın ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və digər qurumları ilə yenidən əməkdaşlıq niyyətini şərh edərkən deyir.

Bu niyyəti Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi açıqlayıb.

AzadlıqRadiosuna müsahibəsində Erkin Qədirli söyləyir ki, beynəlxalq maliyyə qurumlarından kredit almaq üçün Azərbaycan qarşısında şərtlər qoyulub:

“Azərbaycan vətəndaş cəmiyyətini dəstəkləyən milli, beynəlxalq təşkilatları, o cümlədən, Oxfam və digərlərini ölkədən çıxardı. Yerli QHT-lərin əl-ayağını donorlardan kəsdi, bəzilərini həbs etdi, bank hesablarına həbs qoydu. İndi Azərbaycan qarşısında şərtlər var ki, “siyasi məhbusları azadlığa burax, QHT-lərin bank hesablarına həbsi götür, onların xarici donorlardan maliyyələşməsinə mane olma””.

Erkin Qədirli Azərbaycanın ATƏT-lə əməkdaşlıq niyyətini səmimi saymır, bunun məcburiyyətdən qaynaqlandığını söyləyir:

“Azərbaycan hara qədər bacarırsa, dirəşir. İndi az riskli olan məsələlərdə yumşalır. ATƏT-lə yenidən əməkdaşlıq bu dəqiqə daha az riskli sayılır. Yaxın vaxtlarda bircə Ağdaşda, 90 saylı seçki dairəsi üzrə seçki keçiriləcək, hökumət onu yüksək demokratik şəraitdə keçirə və demokratiya görüntüsü yarada bilər, çünki onsuz da nəticə parlamentə təsir göstərməyəcək”.

ATƏT yenidən Bakıya qayıdarsa, bu, siyasi islahatlara başlama siqnalı ola bilərmi? Erkin Qədirli bunu zamanın göstərəcəyini deyir. Onun fikrincə, regionda vəziyyət sürətlə dəyişdiyindən siyasi proqnozlar vermək çətindir.

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

“ATƏT qayıtsa, yenə də öz mandatı üzrə işləyəcək”

Ancaq ATƏT qayıtsa, yenə də öz mandatı üzrə işləyəcək. Bunu media məsələləri üzrə ekspert Ələsgər Məmmədli bildirir.

Onun fikrincə, ATƏT başqa şərtlər altında çalışmağa razılaşsaydı, Azərbaycandakı fəaliyyətini dayandırmazdı: “Əgər ATƏT Azərbaycanın əməkdaşlıq təklifinə müsbət yanaşsa, bu əməkdaşlığı bütün institutları üzrə həyata keçirəcək, deməli, seçkilərin monitorinqində də maraqlı olacaq”, Ələsgər Məmmədli əlavə edir.

Onun sözlərinə görə, ATƏT-in Bakı ofisi Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə ölkənin ictimai-siyasi həyatına böyük töhfələr verirdi.

Ekspert xatırladır ki, ATƏT-in Bakı ofisi vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı layihələr keçirir, müxalifət-hökumət arasında dialoqlar təşkil edir, seçkilərin monitorinqini aparırdı: “ATƏT-in Bakı ofisinin bağlanması bu işlərdən imtina etmək demək idi”, Ələsgər Məmmədli bildirir. O deyir ki, əgər indi bu qurumla əməkdaşlıq yenidən əvvəlki səviyyədə başlayacaqsa, bunu müsbət tendensiyaya start verilməsi kimi qiymətləndirmək olar.

Əməkdaşlıq “tolerantlıq və dini dilaoq” sərhəddini aşacaqmı?

Azərbaycan ATƏT-ə ünvanladığı müraciətində bildirir ki, bu ilin sentyabrında bu qurumla birgə keçirəcəyi tolerantlıq və dinlərlərarası dialoqla bağlı tədbirə ev sahibliyi etməyə hazırlaşır:

“Bu mənada DTİHB-ni dəstəkləməyə hazırdır” - deyə bəyanatda bildirilir.

“Tolerantlıq və dinlərarası dialoqu” vurğulamaqla Azərbaycan DTİHB-lə yalnız qeyri-siyasi məsələlərdə əməkdaşlıq edəcəyinimi diqqətə çatdırmaq istəyir? Ələsgər Məmmədli hesab edir ki, ATƏT çoxinstitutlu bir qurum olduğundan yalnız onun bir qolu ilə əməkdaşlığa getməz:

“Ölkə daha geniş əməkdaşlığa hazır olsa, o zaman ATƏT buna gedəcək. Bu tədbiri bir başlanğıc kimi sayıb sonra müəyyən qərarlar verməsi mümkündür”, o deyir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı əvvəlki parlament və prezident seçkiləri üzrə monitorinqinin nəticələri hökumətin qəzəbinə səbəb olmuşdu.

“Belə bir fonda ATƏT Bakıya qayıdacaqsa, ATƏT-mi dəyişək, hökumətmi?” sualının cavabında Ələsgər Məmmədli deyir ki, ATƏT dəyişsəydi, hökumətlə anlaşıb fəaliyyətini davam etdirərdi. Ancaq o, hökumətin də dəyişəcəyini güman etmir, sadəcə, düşünür ki, ölkənin iqtisadi durumu və Qarabağ münaqişəsilə bağlı məsələlərin aktuallaşması hakimiyyəti ATƏT-i həzm etməyə məcbur edə bilər.

“ATƏT hamıya bir gözlə baxsın”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu da ATƏT-lə yenidən sıx əməkdaşlığın başlanmasını alqışlayır, ancaq deyir ki, Azərbaycan hökuməti bu qurumun obyektiv olmasını, qonşu Gürcüstan və Ermənistana yanaşdığı kimi, Azərbaycana da eyni mövqeyi göstərməsini istəyir:

“Mən iddia etmirəm ki, Azərbaycanda seçki ideal keçirilir, amma Ermənistanda seçki məntəqələrində veb kamera yoxdur, seçici siyahılarını elan eləmir. Deyəndə ki, heç olmasa, Azərbaycanda, ən azı, bu parametrlər üzrə vəziyyət qaydasındadır, ATƏT deyir ki, “yox, antidemokratikdir””.

Mübariz Əhmədoğlunun sözlərinə görə, Azərbaycan ATƏT-lə münasibətlərini normallaşdırmaq istəyir, ancaq istədiyi budur ki, regiona vahid standartlarla yanaşsınlar:

“Biz onlarla işləməyə məcburuq ki, öz həqiqətimizi onlara, az-az da olsa, çatdıra bilək”, - Əhmədoğlu deyir.

Buna da bax: “Dustaqların sayı çarpayıların sayından çoxdu”

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel Radio proqramında

Rusiyalı politoloq Sergey Markov Bakıda proqnoz verib ki, bu dəfə Qarabağ danışıqları uzanmayacaq
5 işçisi olan Azərbaycan səfirliyi 2 min litr pivəni kimə sifariş verib?
BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel TV proqramında
Yeni xaricdə təhsil proqramı necə olsun?
Şəkər xəstəliyi ilə mübarizə üçün yeni cihaz ixtira olundu

Günün bütün mövzuları

XS
SM
MD
LG