Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:20

ATƏT Azərbaycanda parlament seçkiləri ilə bağlı heç bir sənəd yaymayacaq. Bunu AzadlıqRadiosuna ATƏT –in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun (DTİHB) sözçüsü Thomas Rymer deyib: “İstənilən sənəd müşahidəyə əsaslanmalıdır. Biz isə müşahidə keçirməmişik”.

DTİHB Azərbaycan hökumətinin lazımi qədər müşahidəçi qəbul etmədiyini əsas gətirərək bu seçkini izləməyib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev noyabrın -1-də DTİHB-nin müşahidəçilikdən imtina etməklə bağlı təkbaşına qərar vermək hüququ olmadığını bildirib.

Prezident qeyd edib ki, qurum bununla bütün qaydalar və reqlamenti pozur.

Thomas Rymer isə Əliyevin dediklərinə cavab olaraq bildirib: “DTİHB-in missiyanı təxirə salmaqla bağlı bəyanatında qərarın səbəbləri açıqlanır. Hazırda bu məsələ ilə bağlı əlavə edəcəyimiz bir şey yoxdur”.

Açıqlamada deyilir ki, Bakıdan dəvət aldıqdan sonra büro bu seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfərsə qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrdə məlum olub ki, Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfərsə qısamüddətli müşahidəçi göndərilməsini tələb edir. Bakı bu tələbində israr etdiyindən, Büro bu seçki üçün Azərbaycana müşahidəçi göndərməmək qərarına gəlib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG