Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Atatürkün rakılı tablosu parlamentin binasından götürüldü


Mustafa Kamal Ataturk (R)
Mustafa Kamal Ataturk (R)

Türkiyə cumhuriyyətinin banisi Atatürkün tablosu parlamentin yeməkxanasından götürülüb.

Mustafa Kamal Atatürk həmin tabloda gəmidə nahar edir, stolun üstündə isə rakı var.

“Sözçü” qəzetinin məlumatına görə, Rəssam Yaşar Çallının çəkdiyi bu tablo, 15 ilyul qiyamındakı dağıntıdan sonra yeməkxanadan götürülüb.

Məclis rəsmiləri bunun təmirlə bağlı olduğunu izah edirmişlər.

Amma təmirdən sonra tablo qaytarılmayıb və yerinə televizor asılıb.

Rəssam Yaşar Çallı deyir ki, vaxtilə dövlət işçisi kimi “Dolmabahçe Sarayında işləyəndə ondan məclisin yemkxanası üçün bir tablo istəyiblər.

O da Atatürkün orjinal fotolarından birini seçərək bu əsəri yaradıb və həmin fotoda da stolun üstündə rakı bardağı olub.

Rəssam deyir ki, tablonu keçmiş başqan Bülent Arınçınvaxtında da götürmək istəyiblər.

Yaşar Çallı deyir ki, 2002-ci ildə pensiyaya çıxanadək dünyada yeganə məclis rəssamı olub və əgər tablonu yerinə qaytarmasalar onu məclisdən geri tələb edəcək.

Qeyd edək ki, 15 iyul qiyamından sonra Mustafa Kamal Atatürkün marşal formasında olan taplosu da parlamentin binasından götürülüb, amma təmirdən sonra yerinə qaytarılmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG