Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

-

Oktyabrın 13-dən 16-dək Gəncədə Dünya Tarixçilərinin VIII Beynəlxalq Atatürk Konqresi keçiriləcək.

AMEA-nın yaydığı xəbərə görə, konqres bu qurumun Tarix İnstitutunun təşəbbüsü ilə ilk dəfə Azərbaycanda düzənlənəcək.

Türkiyənin Atatürk Araşdırma Mərkəzi ilə birgə təşkil olunan bu beynəlxalq tədbir Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin ildönümlərinə həsr edilir.

Konqres dörd ildən bir keçirilir və dünyanın müxtəlif ölkələrindən nüfüzlu alimlər bu tədbirə qatılır.

Builki konqresin proqramına "XIX-XX əsrlərdə Qafqaz dünyanın aparıcı dövlətlərinin planlarında", "Balkan müharibəsi, Şərq cəbhəsi və İstiqlal savaşında Azərbaycan türkləri", "Azərbaycan xalqına qarşı törədilən soyqırımlar", "1920-ci illərdə Sovet-Türkiyə münasibətlərində Ermənistan-Azərbaycan ərazi münaqişələri" və s. mövzular daxil edilib.

Konqresin işində 130-dək alim və rəsmi şəxs iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG