Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:06

Avropa Birliyi Azərbaycanı iradları nəzərə almağa çağırır


arxiv fotosu
arxiv fotosu

Avropa Komissiyası Azərbaycanı referenduma çıxarılmış dəyişikliklər haqda Venetsiya komissiyasının narahatlıqlarını nəzərə almağa çağırır. Bunu Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Azərbaycanda konstitusiyaya əlavə və dəyişiklər üzrə referendum haqda bəyanatında bildirir.

Avropa Komissiyasının sözçüsü adından yayılan bəyanatda deyilir ki, vətəndaşların əksəriyyəti referenduma çıxarılan 29 bəndin hamısının lehinə səs verib. Referendum dinc şəraitdə keçib.

Ancaq bəyanatda deyilir ki, bəzi çatışmazlıqlar olub. Referendum qabağı kampaniyada bir sıra fəallar saxlanıb.

Bunları və Avropa Şurasının Venetsiya Komissiyasının keçən həftə ifadə ediyi narahatlıqları nəzərə alaraq Avropa Birliyi Azərbaycanı Konstitusiya dəyişikliklərini həyata keçirərkən Venetsiya Komissiyasının iradlarını nəzərə almağa çağırır.

Venetsiya Komissiyasının verdiyi rəy burada :

Avropa Komissiyasının bəynatında sonda qeyd olunur ki, bu və digər məsələlərdə Avropa Birliyi Azərbaycanal dialoqda işləməkdə davam edəcək.

Buna da bax: 'Nə olsun? Hakimiyyətin Venetsiya Komissiyası vecinə də deyil'

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG