Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

«Əminəm ki, İmam Hüseyn (ə) əzadarlığı Azərbaycanda dinc şəraitdə, «Dini etiqad azadlığı haqqında» qanuna uyğun olacaq».

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Komitə arasında Aşura günü ilə bağlı heç bir fikir ayrılığı olmadığını bildirib: «Dini xarakterli bütün ayinlər məsciddə və yaxud məscidin həyətində keçirilə bilər. O cümlədən dini atributlar, dini xarakterli bu və ya digər bayraqlar məscidin içərisində istifadə olunmalıdır. Dini ayinlərin icrası zamanı qanuna əməl edilməlidir. Bəzi adamların Aşura günü evlərdə bu və ya digər tədbir keçirməyinə gəlincə, biz tövsiyə edirik ki, bütün tədbirlər məscidlərdə təşkil olunsun».

Bundan əvvəl isə bildirilmişdi ki, küçə və meydanlarda Aşura mərasimlərinin keçirilməsinə icazə verilməyəcək.

Son illər Bakının Nardaran qəsəbəsində Aşura günü izdihamlı mitinqlər keçirilir. Bəzi ekspertlərin fikrincə, hökumət belə halların qarşısını almaq istəyir.

Oktyabrın 3-də İslamda müqəddəs sayılan Məhərrəm ayı başlayıb. Oktyabrın 12-si isə Aşura günüdür. Məhərrəm ayının 10-cu günü Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn, onun ailə üzvləri və tərəfdarları Kərbəla çölündə qətlə yetirildiyindən, əsrlərdir həmin gün islam aləmində faciə kimi qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG