Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 19:09

Astarada torpaq sürüşməsində üç evə ziyan dəyib


Şuvi kəndində sürüşmə
Şuvi kəndində sürüşmə

Astara rayonun Şuvi kəndində güclü torpaq sürüşməsi baş verdiyi bildirilir.

Kənd sakinlərinin deməsinə görə, sürüşmə o dərəcədə güclü olub ki, kənddəki evlərin bəzisi yarasız hala düşüb. Lakin, onların sözlərinə görə, buna baxmayaraq aidiyyəti qurumlar heç bir tədbir görmür.

Kənd sakini Habil Cümşüdov vurğulayıb ki, sürüşmə əslində ötən ilin sentyabrında yağışlar yağandan sonra başlayıb: "Son günlər isə qar yağandan sonra sürüşmə daha da genişləndi, kənddə olan üç evə, o cümlədən mənimkinə ziyan dəyib".

"Artıq evimizdə qala bilmirik…"

Onun sözlərinə görə, evi yararsız hala düşüb: "Biz artıq evimizdə qala bilmirik, çıxıb getmişik valideynlərimizin evinə. Təhlükəlidir, artıq bu evdə yaşamaq mümkün deyil".

H.Cümşüdov qeyd edib ki, torpaq vergisi ödəməsinə, kommunal xətlər çəkməsinə baxmayaraq ona evi qanunsuz tikdiyini və buna görə kompensasiya ala bilməyəcəyi bildirilib: "Mən torpağı 1999-cu ildə almışam, 2001-ci ildə də ev inşa olunub, 2004-də isə burada Hirkan Milli Parkı yaradılıb. İndi isə mənə deyirlər ki, sənin evin parka düşən ərazidə qanunsuz tikilib. Mənim evimə qaz da çəkilib, işıq da çəkmişəm, torpaq üçün vergi da vermişəm. İndi mənə kompensasiya vermirlər".

Kənd sakini deyir ki, heç kim onların aqibəti ilə maraqlanmır: "İcra hakimiyyətinə getmişəm, Fövqəladə Hallar Nazirliyinin (FİN) Qaynar xəttinə dəfələrlə zəng vurmuşuq, gələn yoxdur. Burada bir nəfər ölsə, kim cavab verəcək?".

İcra hakimiyyətindən deyilənlər...

Astara rayon İcra Hakimiyyətindən isə "Turan"a bildirilib ki, sürüşmə yeni deyil, iki il bundan öncə baş verib: "Onlar hamısı qeydiyyata alınıb. Bugünkü (yanvarın 31-i) sürüşmə isə meşə ərazisində olub. Orada vətəndaş tikinti norma qaydalarına əməl etməyib, özbaşına tikib və bu gün deyir ki, sürüşmə var".

Qurumdan vurğulanıb ki, iki il öncə əraziyə mütəxəssislər dəvət olunub: "Gəliblər, baxıblar, evin sənədlərini, torpaq sənədlərini istəyiblər, heç kəs sənədləri verə bilməyib".

Əlavə olunub ki, vətəndaşlar öz evlərini sığortalamalıdır: "Son dördə bu cür sürüşmələr baş verir, vətəndaşlara xəbərdarlıq da olunmuşdu. Amma heç kim sığortalamır. Amma hər ehtimala qarşı biz FHN-ə rəy göndərmişik".

Şikayətlə bağlı FHN ilə danışmaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG