Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:35

Sentyabrın 6-dan 7-nə keçən gecə güclü yağış Astara rayonunda fəsadlar törədib.

Təqribən bir neçə saat davam edən yağışlardan sonra dağlardan gələn sel rayonun Kijabə qəsəbəsini və Maşxan kəndinin ərazisini basıb.
Bağlara, təsərrüfatlara ziyan dəydiyi bildirilir.

Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudov deyib ki, onlar məsələdən agahdırlar. Hazırda hadisə yerindədirlər. Selin təkrarlanacağı halda, keçə biləcəyi yerlərdə kanal qazmaqla bağlı məsləhətləşmələr aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG