Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Astara gömrüyündə zəvvarları daşıyan avtobusların növbəsi yaranıb


Azərbaycan, Astara Gömrük postu, 13 noyabr 2016

Azərbaycan, Astara Gömrük postu, 13 noyabr 2016

Astara gömrüyündə onlarla avtobus növbə gözləyir. İraqın Kərbəla şəhərinə, İmam Hüseyninin 40 mərasimi-nə zəvvar aparan avtobusların sürücüləri ilə terminal işçiləri arasında mübahisələr də yaranır.

Terminal işçiləri avtobusların gömrüyə növbə ilə keçməsini istəyir. Onlar deyir ki, noyabrın 12-də hər birində 40-45 zəvvar olmaqla 10 avtobus yola salıblar. Gecikmənin səbəbini isə, İran tərəfinin yoxlamaları ilə izah edirlər. Terminal işçilərinin deməsinə görə, İran gömrüyü zəvvarları yoxlayıb əraziyə buraxır. Bu da vaxt aparır.

Ərazidə arabir “Allah Əkbər ” sədaları da eşidilir.

Zəvvarlardan biri deyir ki, Kərbəla ziyarətinə getməkdən ötrü avtobusa 350 manat pul ödəyib. Ziyarətə gedib-gəlməyə ümumilikdə 1000 manatdan yuxarı xərc çıxır.

Astara Gömrük postu

Astara Gömrük postu

Gürcüstandan gələn zəvvarlar

Gürcüstandan gələn şiə müsəlmanlar əllərində bu ölkənin bayrağını tutublar. Onlar bildirilər ki, hər bir adam avtobusa 250 dollar ödəyib. Zəvvarların arasında gənclər çoxluq təşkil edir. Danışmağa həvəsli deyillər. Aralarında qadınlar da az deyil.
Terminalın bir işçisi deyir ki, bu il Kərbəlaya gedənlərin sayı qat-qat çoxdur. Hər il Kərbəlaya 10-15 avtobus zəvvar gedirdisə, bu il avtobusların sayı 100-ü ötüb...

Xatırlatma

Bu il İslamda müqəddəs sayılan Məhərrəm ayı oktyabrın 3-də başlayıb. Oktyabrın 12-si Aşura mərasimləri keçirilib( Aşura ərəb dilində onuncu gün deməkdir. Hicrətin 61-ci ilində Məhərrəm ayının onuncu günündə, Kərbəla çölündə qətliam baş verib)

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Astara Gömrük postu

Astara Gömrük postu

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yasını saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir.
İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG