Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:33

Cənub rayonları hələ də sel suları altında


Astara
Astara

.

“Ötən yağışdan qalan sular çəkilməmiş, yenidən yağışlar başladı. Həqiqi mənada- yağışdan çıxdıq, yağmura düşmüşük, qardaş. Vəziyyət daha da ağırlaşıb.Su ərazidə dizdən yuxarıdır. Ora gedək,baxın nə vəziyyətdə yaşayırıq. Su altında qalan evlərin sayı 100-ə çatır”.

Bunu Astara şəhər sakini Fətəli Feyziyev deyir. O bildirir ki, şəhərin Kaverin küçəsində yaşayırlar. Su altında qalan evlərin sayı 100-ə çatır.

Onunla birlikdə yağış suların qalxdığı ərazidə olduq. Kaverin küçəsi ilə Aydın Məmmədov küçəsini birləşdirən ara yol ilə hərəkət etmək mümkün deyil. Uzunboğaz çəkmə boy vermir. Fətələ Feyziyev qonşularını səsləyir. Uzaqdan bizi görən sakinlər elə bilirlər ki, icra orqanlarından gəlmişik. Sakinlərdən biri bizə deyir:

Astarada uşaqlar yolları su basdığından dərsə gedə bilmir
Astarada uşaqlar yolları su basdığından dərsə gedə bilmir


“Uşaqlarımız məktəbə gedə bilmir.”

“Neçə dəfə gəlirsiz, iş görün də. Uşaqlarımız məktəbə gedə bilmir. Xəstələrimiz var. Bazara çəkmə geyinb gedirik.”

Bələdçimiz Fətəli Feyziyev jurnalist olduğumuzu deyir. Bizə yaxınlaşan sakinlər üzr istəyirlər və bildirirlər ki, suyun çəkilməsi ilə bağlı tədbirlərin görüləcəyinə inanmırlar.

“Hər yerdə deyin, bizi yaddan çıxardıblar.”

Küçənin digər bir sakini evinin uçacağından ehtiyat etdiyini söyləyir. Onlardan biri özünü təqdim edir:


”Abdulla Tağıyev. Hər yerdə deyin, bizi yaddan çıxardıblar. Su o qədər qalxmışdı ki, səsvermə günü ara yollardan keçə bilmədik. Əvvəllər bura balaca bir göl olub. Qurutdular, ev yeri kimi satdılar. Suyun axdığı arxları da doldurdular. Nəticədə su getmir. Yüz imza ilə yuxarı orqanlara şikayət etmişik. Xahiş etmişik ki, suyun qarşısını alsınlar. Gəlirlər-gedirlər, amma iş görən yoxdur. Bələdiyyə var, hökumət var. Bunlar haradadırlar ? Nə üçün tədbir görmürlər ?”

Astara şəhərində Xəzər dənizinə yaxın ərazidə və Heydər Əliyev prospektində yerləşən bir çox evləri su basıb. Şəhərin Kələdəhnə hissəsində də vəziyyət yaxşı deyil. Ərazidən dənizə axan çayların səviyyəsi günü-gündən artır. Çayların daşması təhlükəsi meydana gəlib.

Lənkərançay daşa bilər...

Astara şəhər icra nümayəndəsi Şahverən Cavadov deyir ki, suyun axıdılması üçün kanalın biri Astaraçaya birləşdirilib. Digər yerlərdə də təbirlər görülür.

İntensiv yağan yağış Lənkəran və Masallıda da problemlər yardıb. Lənkəran-Boradigah-Masallı yolunun hər iki tərəfində yerləşən beş kəndi su basıb. Lənkərançayın səviyyəsi gündən günə qalxır. Onun daşması ehtimalı var. Sütəmurdov kəndin Lənkərançayına yaxın olan hissəsində su qalxmaqda davam edir. Sakinlər uzun boğaz çəkmə ilə hərəkət etmək məcburiyyətində qalıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG