Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:33

Erdogan: "Rusiya ölümcül səhv edir"


 Recep Tayyip Erdogan, arxiv fotosu
Recep Tayyip Erdogan, arxiv fotosu

"Rusiyanın Suriyada bombardman kampaniyası ölümcül səhvdir"- Frans Pressin məlumatına görə, bunu Türkiyə prezidenti Recep Tayyip Erdogan oktyabrın 4-də deyib.

Erdoganın sözlərinə görə, Suriya rejiminə Rusiyanın verdiyi dəstək tarix məhkəməsi qarşısında öz qiymətini alacaq.

Fransaya yola düşməzdən əvvəl İstanbul hava limanında Erdogan jurnalistlərə deyib ki, Rusiyanın Suriyanı bombalamağı Türkiyə üçün tamamailə qəbuledilməzdir.

O deyib: "təəsüf ki, Rusiya ölümcül səhv edir".

"Bu hava zərbələri regionda Rusiyanı təkləyəcək"- bu proqnozu da Erdogan verir.

XS
SM
MD
LG