Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:25

-

Asiya İnkişaf Bankı yaxın vaxtlarda “Şahdəniz” yatağında qaz hasilatının artırılması layihəsi üçün Azərbaycana 450 milyon dollar həcmində kredit ayıra bilər.

Bu haqda “Report” bankın Bakı ofisinə istinadən xəbər verir.

Bankın özəl sektor əməliyyatları departamentindən Aniruddha Patil-inə bu layihə üzrə səlahiyyət verildiyi bildirilir.

Sözügedən layihə çərçivəsində 26 sualtı quyunun qazılması, iki dəniz platformasının, qaz və kondensat sualtı kəmərlərinin tikintisi, Səngəçal terminalının genişləndirilməsi nəzərdə tutulur. Ləyihə üzrə həmçinin, gündəlik gücü 900 milyon kubfut olan 2 ədəd qaz kompressoru quraşdırılacaq və Cənub Qaz Dəhlizinə birləşdiriləcək.

Asiya İnkişaf Bankı artıq, qeyd olunan layihənin 2014-2018-ci illər üçün müəyyən edilmiş tərəfdaşlıq strategiyasına daxil olduğunu açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG