Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 00:54

Avqustun 19-da 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Qarabağ müharibəsi əlili, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusiflinin işi üzrə məhkəmə keçirilib.

Bakının Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə keçən prosesdə Cinayət Məcəlləsinin 178-ci maddəsində edilən dəyişikliyə görə, Asif Yusiflinin cəzasının dəyişdirilməsi məsələsinə baxılıb.

Vəkil Fəxrəddin Mehdiyevin Turan İnformasiya Agentliyinə bildirdiyinə görə, məhkəmə A.Yusifli barəsindəki maddənin tövsifini 178.3.2-dən 178.2-yə dəyişdirib. Lakin həbs müddəti dəyişdirilməyib, 6 il olaraq saxlanıb. Yeni maddənin sanksiyasında 5 min manata qədər cərimə və 3 ildən 7 ilədək həbs nəzərdə tutulur.

Vəkil bildirib ki, Asif Yusiflinin şəxsiyyəti nəzərə alınmaqla, ən azından onun cəzası azaldıla bilərdi. Lakin hakim bunu nəzərə almayıb. Qərardan yaxın günlərdə apellyasiya şikayəti veriləcək.

***Bunlara da baxın:


Asif Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanıb.
İttihamnamədə bildirilir ki, iş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A. Yusifliyə 6500 manat verib.

Məhkəmə prosesi zamanı Rafiq Hüseynov etiraf edib ki, pulu alıb və A. Yusiflinin burada təqsiri yoxdur. Zülfüqarova da ziyanın ona ödənilməsi ilə əlaqədar şikayətdən imtina edib.

Lakin 2015-ci il iyulun 30-da A. Yusifli fırıldaqçılıqda və sənədləri saxtalaşdırmaqda təqsirli bilinib və 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Azərbaycan Ali Məhkəməsi 2015-ci il mayın 4-də Asif Yusiflinin kassasiya şikayətinə baxıb və cəza müddətini 1,5 il azaldıb.

Asif Yusifli ittihamı qəbul etmir vəbunu siyasi sifariş hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG