Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Lətif Hüseynov Avropa Məhkəməsinin hakimi oldu


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində oktyabrın 11-də keçirilən plenar iclasında Azərbaycan üzrə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim seçkiləri keçirilib.

Seçkilərdə Assambleya üzvləri səs çoxluğu ilə Lətif Hüseynovu Azərbaycan üzrə hakim vəzifəsinə layiq görüblər.

AZƏRTAC-ın xəbərinə görə, səsvermələrdə qalib gələn Lətif Hüseynov AŞPA üzvlərinin 134 səsini qazanıb.

Azərbaycandan olan digər namizədlər Kəmalə Abıyeva 35 səs, Rövşən İsmayılov isə 9 səs toplayıblar.

Buna da bax:​ AŞPA hakimliyə namizədləri ilk mərhələdə bəyənib

Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəni 9 il müddətinə icra edəcək. O, vəzifəsinin icrasına üç aydan sonra başlayacaq

Lətif Hüseynov 2001-ci ildən Azərbaycan Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, eyni zamanda, Avropa Şurası və BMT-nin qurumlarında təmsil olunub, mühüm vəzifələr tutub.

Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində bu vaxta qədər Xanlar Hacıyev təmsil edib. Onun səlahiyyəti, hələ, 2015-ci ilin oktyabrında başa çatmışdı. O zaman AŞPA təqdim edilən namizəd siyahısını geri qaytarmışdı.

AŞPA ümumilikdə indiyədək iki dəfə Azərbaycanın hakimliyə namizəd siyahısını geri qaytarıb. AŞPA-ya göndərilən ilk siyahıda Prezident Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərovun, Bakı Apelyasiya Məhkəməsinin hakimi Aygün Abdullayevanın və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışovanın adları var idi.

Buna da bax:​ Azərbaycan göndərir, Avropa qaytarır

Azərbaycan bu ilin yanvarında ikinci dəfə siyahı təqdim etmişdi. Yenə də Çingiz Əsgərovun namizədliyi irəli sürülmüşdü. Bu dəfə ondan əlavə Bakı Apelyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyev və Elşanə Vəliyevanın hakimliyə təklif edilirdi. AŞPA-nın Alt Komitəsi ikinci dəfə də siyahını rədd etmişdi.

Azərbaycan sonuncu dəfə Bakı Apelyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyeva, Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov və Avropa İnsan Hüquqları Məhkəməsində iş təcrübəsi olan hüquqçu Lətif Hüseynovun namizədliyini irəli sürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG