Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:00

ASAN xidmətinin əməkdaşları da pambıq yığımına aparıldı


Foto: arxiv, pambıq yığımı

Foto: arxiv, pambıq yığımı

“ASAN” Xidmətin Gəncə Mərkəzinin təmsilçiləri Samuxda pambıq yığımına cəlb edilib. 50-yə yaxın könüllü gün ərzində hərəyə 10 kq-a yaxın pambıq yığıb.

Bu haqda Kəpəz televiziyası məlumat verir. Kəpəz televiziyasının bu xəbəri həm də ASAN xidmətin facebook səhifəsində paylaşılıb.

“Gəncəbasar bölgəsində ağ qızılın sahələrdən vaxtında və itkisiz yığılmasına kömək məqsədi daşıyan aksiya çərçivəsində sahədən 400 kq-dan artıq məhsul toplanaraq pambıq yığımı məntəqəsinə təhvil verilib. Gəncə “ASAN Xidmət” Mərkəzinin könüllülərinin ilk təşəbbüsü ölkədə pambıq yığımında kütləviliyə dəstək məqsədi daşıyır”, deyə, xəbərdə bildirilir.

Buna da bax: 'Xəstəxana işçilərinin hamısını pambıq yığımına aparıblar'

Prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı ötən aykı çıxışından sonra ölkə ərazisində pambıq əkini ilə bağlı kampaniyaya başlanılıb. Prezident deyib ki, ötən il sahələrdən 35 min ton pambıq yığılıbsa, bu il, ən azı, 100 min ton yığılmalıdır. Hazırda müxtəlif rayonlardan səhiyyə, təhsil işçilərinin kütləvi şəkildə pambıq yığımına cəlb olunması xəbərləri yayılır.

İlham Əliyev deyib ki, gələn il əkin sahələri daha da artacaq, yüz minlərlə insan bu işlərə cəlb olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG