Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:32

-

Oktyabrın 7-dən 9-dək Bakıda Memarlar İttifaqının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "İkinci Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsi keçiriləcək.

Nazirliyin yaydığı xəbərə görə, müsabiqəyə təqdim olunmuş işlərin sərgisinin açılış mərasimi oktyabrın 8-də saat 10.30-da Muzey Mərkəzində olacaq.

Müsabiqənin əsas məqsədi - memarlığın inkişafı və həyata keçirilməsi üçün yeni ideyaların aşkara çıxarılması; bina və tikililərinin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllərinin axtarışı; Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə bu işlərin gələcəkdə həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

  1. İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
  2. Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
  3. Həyata keçirilmiş ən yaxşı interyer layihəsi;
  4. Həyata keçirilməmiş ən yaxşı layihə;
  5. Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
  6. Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
  7. Memarlıq sahəsində ən yaxşı nəşr.

Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Memarlar İttifaqının rəhbər şəxsləri, eləcə də MDB ölkələrinin memarlar ittifaqlarının sədrləri iştirak edəcək.

Buna da bax: Putin 63 yaşını belə qeyd etdi- [fotolar]

Mükafat fondu 52500 manat təşkil edən müsabiqənin nəticələri oktyabrın 9-da keçiriləcək təntənəli mərasimdə açıqlanacaq.

Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinə təşkilatın baş katibi, eləcə də I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər heyətinin sədri Tomas Voiner rəhbərlik edəcək.

Nümayəndə heyətinin tərkibinə BMİ-nin sabiq prezidenti Vassilis Sgoutas və sabiq baş katibi Mişel Barmaki, vitse-prezident Hayder Ali daxil olacaqlar.

Həm də müsabiqənin münsiflər heyətinin üzvləri olacaq bu şəxslərin siyahısına Azərbaycan tərəfdən Memarlar İttifaqının sədri Elbay Qasımzadə qatılacaq.

Müsabiqənin yekununda təqdim edilmiş bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG