Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 14:10

Arvadı zorakılıqdan şikayət etdi, diplomat geri çağırıldı


Karina Mamaş üzündəki zorakılıq izlərini göstərir
Karina Mamaş üzündəki zorakılıq izlərini göstərir

Qazaxıstanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirinin müşaviri Saken Mamaşın arvadı Karina Mamaş on il ərzində ərinin ona qarşı sistematik zorakılığa yol verdiyini bəyan edib.

Diplomat arvadının müraciəti “Susma” insan haqları fondunun saytında dərc olunub.

Öz müraciətində Karina Mamaş bildirir ki, bugünlərdə əri onu və həm də onlara qonaq gəlmiş bacısını yenə də döyüb:

"Mən dövlətimizdən kömək tələb edirəm. Mən istəyirəm ki, ərimi diplomat statusundan məhrum etsinlər və mənim başıma açdığı bütün oyunlara görə həbsxanaya salsınlar. Mən fiziki, cinsi, emosional, məişət və ailə zorakılığa məruz qalıram”.

Qadın xəstəxanaya düşüb

“Susma” fondunun məlumatına görə Karina Mamaş hazırda xəstəxanadadır. O gicgahına endirilmiş zərbələrdən pis görür.

İnsan haqları fəalları habelə bildiriblər ki, Saken Mamaş arvadının telefonunu onun əlindən alıb, bacısının telefonunu isə sındırıb və hər iki qadını rabitəyə çıxmaq imkanından məhrum edib.

Qazaxıstan Xarici İşlər Nazirliyindən bildiriblər ki, Saken Mamaş təcili qaydada BƏƏ-dən geri çağırılır.

XİN-in sözçüsü Aybek Smadiyarov deyib ki, onunla bundan sonra hüquq-mühafizə orqanları məşğul olacaqlar.

'Məni niyə bu günə saldılar?' - İşgəncədən əl-ayağı əsən hərbçi
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Yeni qanun

Bu il, aprelin 15-də Qazaxıstan prezidenti Kasım-Jiomart Tokayev qadın və uşaqların müdafiəsini gücləndirəcək qanun layihəsini imzalayıb.

Bu qanun keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayevin davam edən səs-küylü məhkəmə prosesi zamanı qəbul olunub.

Keçmiş nazir, arvadı Saltanat Nukenovanı xüsusi qəddarlıqla qətlə yetirməkdə ittiham olunur.

Qanuna yeni dəyişikliklərlə döyməyə və bunun nəticəsində insan sağlamlığına xəsarət yetirilməsinə görə cəza nəzərdə tutan maddələr Cinayət Məcəlləsinə qaytarılıb.

Son bir neçə ildə bu cür əməllər məişət zorakılığı kimi təfsir edilir və inzibati qanun pozuntusu sayılırdı. Qanun hələ ki qüvvəyə minməyib.

Qazaxıstanın “Susma” - "НеМолчи.kz" fondu 2016-cı ildə yaradılıb. Onun əsas qayəsi zorakılığa məruz qalmış qadın və uşaqların hüquqlarının müdafiəsidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG