Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:40

Artur Rasi-zadə: 'Azərbaycanla Venesuelanın siyasi əlaqələri yaxşı səviyyədədir'


Venezuela prezidenti Nicolas Maduro

Venezuela prezidenti Nicolas Maduro

Azərbaycanla Venesuelanın siyasi əlaqələri yaxşı səviyyədədir. Bunu baş nazir Artur Rasi-zadə ölkədə rəsmi səfərdə olan Venesuela Prezidenti Nikolas Maduro ilə görüşdə deyib.

“Report” xəbər yayıb ki, A.Rasi-zadə hər iki ölkənin BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini deyib.

Baş nazir iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.

Buna da bax: Artur Rəsizadə hesabatı belə oxudu...

Venesuela Prezidenti N.Maduro ölkəsinin Azərbaycanla bütün istiqamətlər üzrə, o cümlədən, iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. O, neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Prezident Nikolas Maduro müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğunu bildirib.

Həmçinin turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Neft ölkəsi olan Venesuela neftin dünya bazarında qiymətinin düşməsindən sonra ölkədə dərin iqtisadi böhran başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG