Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:45

«Artıq genel kurmay başkanı hadisələrə əl qoydu»


Türkiyə hərbiçiləri İsanbulun Avropa və Asiya hissələrini birləşdirən Bosforus körpüsünü qapadıb, 15-16 iyul, 2016
Türkiyə hərbiçiləri İsanbulun Avropa və Asiya hissələrini birləşdirən Bosforus körpüsünü qapadıb, 15-16 iyul, 2016

Ankaradan azərbaycanlı politoloq Toğrul İsmayıl hazırda Türkiyədə baş verənlər haqda danışır.

– Ankarada evdə oturmuşduq. Bir də gördük ki, hərbi təyyarələr uçur. Bizim ev mərkəzə yaxındır. Təyyarələr uçurdu və ardınca məlumatlar gəlməyə başladı ki, hərbçilər İstanbulda boğazı ələ keçiriblər, yolu bağlayıblar və s.

– Sizcə, nə baş verir? Bəziləri bunu ilk dəqiqələrdə iqtidarın oyunu adlandırırdı, amma artıq proses əksini göstərir deyəsən?

– Yox, artıq genel kurmay başkanı hadisələrə əl qoydu. 200-dən çox yüksək rütbəli zabit və general hakimiyyətə əl qoyub. Bir sıra hərbi hissələr də ayağa qalxıb. Bu dəqiqə demək çətindir kim nəyin tərəfindədir. Baş nazir deyir ki, biz hər şeyi kontrol edirik, görək nə olur. Amma artıq TRT rəsmi hərbçilərin adından danışır. İndilik bircə şey demək olar, hərbi çevriliş cəhdi var. Bunun uğurlu olub-olmayacağını yaxın saatlarda görəcəyik. Amma hərbçilər bir çox yerləri əllərinə keçiriblər, o cümlədən aeroport, körpülər nəzarətdədir, hətta iqtidar partiyası – AKP-nin Ankaradakı mərkəzi nəzarətdədir, mühasirəyə alınıb.

– Sıravi vətəndaşların bununla bağlı yozumu nədir? Mülki vətəndaşlar kimə dəstək verirlər?

Buna da bax: Türkiyə çevriliş anları yaşayır, Erdoğan milləti meydana çağırdı [yenilənir] [canlı]

– Onu bilmək olmaz. Hadisələr təzədir, hələ heç kim heç nə bilmir. Evdə oturmuşuq. Atışma səsləri eşidirik, hərbi təyyarələr və vertolyotlar uçur. Bu dəqiqə ağlı başında olan evdə oturar, küçəyə çıxmaz. Sosial şəbəkələrdəsə müxtəlif fikirlər var, amma yenə deyirəm hər şey təzədir, nəsə demək çətindir.

Buna da bax: Türkiyəli turist: «Nə baş verdiyini anlaya bilmirik»

– Sizcə, bütün bunlar niyə indi baş verdi?

– Bu gün belə bir şeyin olacağını demək çox çətin idi. Əvvəl ordu ilə siyasilər arasında vəziyyət çox pis idi. Amma bu hadisələr niyə indi baş verdi demək çox çətindir. Gözləyək.

Buna da bax: Erdogan canlı yayımda [video]

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG