Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:42

Elgiz Qəhrəmana işgəncə verilməsi iddiaları araşdırılır


Gənc fəal Elgiz Qəhrəman
Gənc fəal Elgiz Qəhrəman

Baş Prokurorluq NİDA Hərəkatinin üzvü Elgiz Qəhrəmanın işgəncəyə məruz qalması iddialarını araşdırmağa başlayıb. Sentyabrın 29-da müstəntiq gənclə görüşüb, izahat alıb.

Bu haqda NİDA-çı gəncin vəkili Nemət Kərimli xəbər verib. Vəkil 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşüb.

Vəkil Elgiz Qəhrəmanın durumunun normal olduğunu bildirib. E.Qəhrəman vəkilinə saxlanmasının səbəbləri haqda versiyasını açıqlayıb.

Buna da bax: 'Elgiz Qəhrəmanın qarın hissəsində hələ də qızartılar var'

Gənc həbsinə görə, Əli Əhmədovun adını çəkir

“O, hesab edir ki, həbsi sosial şəbəkədə baş nazirin müavini Əli Əhmədovla bağlı yazdığı şərhlə əlaqəlidir. Referendum ərəfəsində YAP-ın icra katibi Əli Əhmədov Konstitusiya dəyişiklərinin zərurətindən danışarkən, gənc yaşında dövlətə başçılıq edən Şah İsmayılı misal gətirmişdi. E.Qəhrəman həmin xəbərin altında “özü oxşamasın, həyatı oxşasın” məzmunlu şərh yazıb. Elgiz Qəhrəman bunu ifadəsində də yazıb”, vəkil qeyd edib.

Buna da bax: The Washington Post Azərbaycanı kəskin tənqid edən məqalə dərc edib

E. Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qəti imkan tədbiri seçilib. Onu 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

E. Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar.

NİDA hərəkatı E. Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG