Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:08

TQDK-nın rəsmisi Elnur Nağızadə dinləyicilərin suallarını cavablandırıb


Elnur Nağızadə
Elnur Nağızadə
İyulun 7-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmisi Elnur Nağızadə AzadlıqRadiosunun «İşdən sonra» proqramının qonağı olub və dinləyicilərin suallarını cavablandırıb. Sual və cavabları təqdim edirik (İsmarışlar sms xəttindən olduğu kimi təqdim edilir):

Sual:

Mən 205 bal toplamışam. Harasa qəbul olmaq şansım varmı?
Aşurzadə Nigar

Cavab:

3- cü qrupda 250 və ondan yuxarı bal toplamış şəxslər ixtisas seçiminə buraxılacaqlar. Və ona görə o, ali təhsil müəssisələrinin müsabiqəsində 205 bal topladığına görə iştirak edə bilməz. Orta ixtisas təhsil müəssisələrinə qəbul ali məktəblərə keçirilən qəbul imtahanlarında əldə olunmuş nəticələr əsasında aparılır. Ali məktəbə qəbulun, yerləşdirmənin nəticələri élan olunduqdan sonra internet vasitəsilə kolleclərə qəbul aparılacaq. O kollecə qəbul olmaq istəsə, onun şansı var həmin müsabiqədə iştirak etmək üçün. Amma ali məktəblərin müsabiqəsində iştirak edə bilməz.

Sual:

Mən ödəmə kartını itirdim, elektron ərizəm isə var. TQDK-ya müraciət edib şifrəmi aldım. Mayda ödəmə kartın internetde açanda mənə 2 kağız vermişdilər elektron ərizə vermək üçün. Onlar buraxılış vərəqi almaq üçün lazımdırmı? Yoxsa şifrəm, elektron ərizə (iş nömrəm) kifayətdir?
Fərid


Cavab:

Şifrə lazımdır. Mən bilmirəm həmin abituriyent hansı ixtisas qrupu üzrə ərizə verib. Hazırda birinci ixtisas qrupu üzrə ərizə vermiş abituruyentlər TQDK-nın internet saytı vasitəsilə imtahana buraxılış vərəqələrini özləri çap edirlər. Və bunu çap etmək üçün abituriyentin həm iş nömrəsi, həm də şifrəsi lazımdır. Növbəti qruplar üzrə də yəni 4-cü və 2-ci qrup üzrə də buraxılış vərəqələri yerləşdirildikdə həmin abituriyentlər qeyd olunan məlumatlarla ödəmə kartında olan iş nömrəsi və şifrədən çap etməklə buraxılış vərəqəsini çap etməlidir. İş nömrəsi ona lazımdır mütləq.

Sual:

Salam. Dovlet sifarisi ile tehsil alacaq telebeler qarsisinda hansi telebleri qoyur? 4 ilden sonra dovletin cekdiyi xerci telebe her hansi yolla (dovlete islemekle, teyinatla islemekle ve s.) geri qaytaracaqmi?

Cavab:

Geri qaytarma ilə bağlı elə bir hal nəzərdə tutulmayıb. Ümumiyyətlə, dövlət sifarişi ilə qəbul olunan tələbələr qəbul olunduğu ali təhsil müəssisəsi ilə müqavilə bağlayacaq və həmin müqavilənin şərtləri var. Həmin tələbə universitetdə oxuduğu müddətdə onun imtahan nəticələri zəif olarsa, kəsirləri olarsa, o zaman onun maliyyələşməsi dayandırıla bilər. Ancaq sonradan bitirdikdən sonra hər hansı bir öhdəlik üzərinə qoyulmur.

Sual:

Ne usun,Azerbaysanda valideyinler oz evladlarin huquqsunas ve tibb inistitutlara yoneldirler? Muhendis olmaq isteyi xalqimizda hansi seviyededir?
Tahir


Cavab:


Mühəndis olmaq istəyi hüquqşünas olmaq istəyi qədər çox deyil. Nəyə görə valideynlər belə istəyir? Hər halda bu, sosioloji araşdırma mövzusudur.

Sual:

Her vaxtiniz xeyir!

Adim Asifdir. Hal-hazirda Boyuk Britaniyanin en nufuzlu ali tehsil ocaqlarindan olan University College London-da magistr tehsilimi basha vururam. Ozu de yaxshi neticelerle. Ancaq oten il tehsilimin maliyyeleshdirilmesi ile bagli Dovlet Proqrami cercivesinde ishtirak etdiyim «musahibede» mene «Hansi Azerbaycan shair ve yazicilarini taniyirsan?», «Hansi tarixi shexsiyyetlerimizi taniyirsan?», «Azerbaycanin ehalisi ne qederdir?» kimi «derin» suallardan sonra mene musahibeden kecmediyimi demishdiler. Men onsuz da vesait tapib tehsilimi davam etdirdim. Sadece bunu hemin Dovlet Proqramin «sheffafligi» ile bagli agizdolusu danishanlara «Bi az vicdanli danishin» deyerek yaziram. Ve bu qeder edaletsizcesine tehsili yarimciq qoyulanlar coxdur.
Hormetle, Asif


Cavab:

TQDK-nın bura elə bir aidiyyatı yoxdur. Çünki TQDK bu seçimdə iştirak etmir. Bunun icrası Təhsil Nazirliyi tərəfindən aparılır. Ancaq mən düşünmürəm ki, həmin gəncə o ixtisas üzrə təhsil almaq üçün həmin o müsahibə aparıldıqda yalnız onun verdiyi suallar verilibdir. Hər halda onun təhsil almaq istədiyi sahə üzrə suallar da verilibdir. Çünki həmin proqramın icrası birinci il TQDK tərəfindən keçirilib. Sonrakı illərdə bu Təhsil Nazirliyi tərəfindən aparılıb. Mümkün deyil ki, elə olsun. Yəni iqtisadiyyat sahəsi üzrə təhsil almaq istəyən şəxsə yalnız o suallar verilsin.

Sual:

Salam men rejissorluq senetine sened vermisem MINIMAL TEST BALI 150 MEN.160 BAL TOPLAMISAM DIL-EDEBIYYATDAN DIGER 3FENNI VURMAMISAM KESIR OLUR?

Cavab:

Demək nisbi bal həmin fənn üzrə ondan az deyilsə müsabiqədə iştirak edə bilər. 160 bal ona ali təhsil müəssisəsinə keçirilən müsabiqədə iştirak etməyə imkan vermir. Qabiliyyət imtahanlarından o qeydiyyatdan keçibdisə, biz qabiliyyət imtahanları üzrə cədvəli artıq komissiyanın internet saytında yerləşdirmişik. Orada bununla bağlı məlumat var.

Sual:

Salam. Men bu il 10 sinifi bitirmisem. Men bu il senedlerimi 9 illik bazasinda olan kollece vere bileremmi?

Cavab:

Bəli verə bilərsiniz.



/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG