Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:41

Bakının turist xəritəsi nəşr olunub


Rauf Hacıyev
Rauf Hacıyev
«Bakının turist xəritəsi şəhərə gələn qonaqlar, turistlər üçün nəzərdə tutulub. Qonaqları, turistləri maraqlandıracaq bütün şeylər bu xəritəyə daxil edilib».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan Bakı Kartoqrafiya Fabrikini işçisi Rauf Hacıyev deyib.

ƏN DİQQƏTÇƏKƏN YERLƏR GÖSTƏRİLİB

Rauf Hacıyev «Xəritənin tərtibatı tutularkən əsas nələr nəzərdə tutulub? –sualını belə cavablayıb: «Otellər harada yerləşir, kafelər-restoranlar hansı tərəfdədir, yəni daha populyar yerlər».

MAŞTAB KİÇİK, MƏLUMATLAR QISA

Xəritədə Bakının ümumi planının da verildiyini deyən R. Hacıyev burda da əsasən küçələr və prospektlər göstərildiyini, hansı küçədən hansı prospektə çıxmağın yolunun göstərildiyini qeyd edib. «Maştab kiçik olduğundan məlumatlar da qısadır».

Bakının get-gedə böyüdüyünü, genişləndiyini diqqətə çatdıran Rauf Hacıyev hər dəfə yenisi tikilən körpülərin də xəritəyə düşdüyünü söylədi. «Başqa obyektlər də həmçinin. Məsələn, keçmiş «Moskva» otelinin yerində hazırda möhtəşəm otel tikilir. O burda yoxdur. İnşallah, tikilib başa çatan kimi biz bura daxil edəcəyik».

İÇƏRİŞƏHƏR BARƏDƏ HƏR ŞEY ƏKS OLUNUB

Xəritədə 2010-cu ilə qədər olan bütün məlumatların əks olunduğunu deyən qonağımız turist atlasında əlavə bilgilər yerləşdirdiklərini də dedi. «İçərişəhərin bütün memarlıq abidələrinin şəklini vermişik. Onlar barədə qısa məlumat təqdim etmişik. İçərişəhərin planı da burda var».

ATLAS ÜÇ DİLDƏ—AZƏRBAYCAN, RUS, İNGİLİS DİLLƏRİNDƏDİR

Maştabı kiçik olduğuna baxmayaraq xəritəyə ən vacib məlumatlar yerləşdirilib. «Bakı böyük şəhərdir. Bu maştabda - 23 mində onu tam əhatə etmək asan deyil. Hətta şəhərin mərkəzini bu masştabda vermək müşkül işdir. Mərkəzi küçələrin hamısının adı da burdadır. Maksimum informasiya yerləşdirməyə çalışmışıq».

XƏRİTƏ SATIŞDADIR

Rauf Hacıyev turist xəritəsinin Bakının dəftərxana ləvazimatı satılan bütün dükanlarında satıldığını da diqqətə çatdırdı. «Qiymət 2-3 manat civarında dəyişir».
Sonda qonağımız xəritənin təkcə turistlərin deyil, bütün bakılıların evində olmasını arzuladığını söylədi.

XS
SM
MD
LG