Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:15

Futbolçu mərci uduzan bloqçunun saçını dibindən qırxdı- [Video]


Andrei Arshavin

Andrei Arshavin

Rus futbol ulduzu, indi Qazaxıstanın "Kayrat" komandasında çıxış edən Andrey Arşavin mərcdə ona uduzan bloqçu Pyotr Volikovun saçını dibindən qırxıb.

Arşavin "Kayrat"a keçəndən sonra onu tənqid edənlərdən biri də Volikov olmuşdu, yazmışdı ki, rus futbolçu qazax çempionatında heç nəyə nail ola bilməyəcək.

Bloqçu futbolçu ilə mərc də gəlmişdi, demişdi ki, Arşavin bir mövsümdə 8 qol vursa, başını "keçəl edəcək".

Arşavin bu günlərdə "Aktobe"yə gözəl bir qol vuraraq qol sayını 8-ə çatdırıb, dərhal da söz verib ki, bloqçunun saçını öz əlləriylə qırxacaq.

Və bunu onlarla izləyicinin gözü önündə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG