Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:10

'Qiymət artımı 5 faizə təsir etməyəcək'


Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı parlamentdə bəzi deputatların qiymət artımı ilə bağlı fikirlərinə münasibət bildirib.

Arif Hacılı xüsusilə deputatlardan Rüfət Quliyevin qazın qiymətinin artırılmasının yoxsullara təsir etməyəcəyi ilə bağlı fikirləri üzərində dayanıb.
«İlham Əliyev ölkədə yoxsulluq həddinin 5 faizdən aşağı olduğunu bəyan edib.
Hətta bu məntiqlə belə çıxır ki, qazın qiymətinin artırılması əhalinin 95 faizinə təsir edəcək».

Arif Hacılı bildirib ki, Azərbaycanda 1 dollar 78 qəpik olanda, minimum əməkhaqqı 125 manat, aylıq ərzaq səbəti isə 105 manat idi.
«Bu ilin yaşayış minimumu isə 136 manat hesablanıb. Yəni, aylıq gəliri 136 manatdan az olan hər kəs və ya ayda gəliri 544 manatdan az olan 4 nəfərlik ailə yoxsul sayılır.

Əslində qazın, işığın qiymətlərinin qaldırılması əhalinin 5 faizinə, korrupsiya, rüşvət yolu ilə milyonlar toplamış məmur təbəqəsinə, deputatlara təsir etməyəcək. Əhalinin 95 faizi isə yaşamaq uğrunda mübarizədə daha çətin duruma düşəcək».

Tarif Şurası noyabrın 28-də enerjidaşıyıcıların qiymətlərini artırıb.

Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək.

Aylıq məsrəf 250 kVt/saat elektrik məsrəfinə görə qiymət 7 qəpikdir. İndi bundan artıq isə 11 qəpikdən hesablanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG