Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:06

Səudiyyə dövlət neft şirkətinin səhmlərini satacaq


Aramco-nun Xurays mədəni
Aramco-nun Xurays mədəni

Səudiyyə özünün Aramco dövlət neft şirkətinin səhmlərini birja satışına çıxarmağı planlaşdırır.

Səudiyyə özünün Aramco dövlət neft şirkətinin səhmlərini birja satışına çıxarmağı planlaşdırır.

Ekspertlər bildirirlər ki, bu addım dünyanın ən böyük neft hasilatçısı olan Aramconu ən bahalı birja siyahılarına daxil edəcək.

“Economist” məcmuəsinə müsahibəsində vəliəhd şahzadənin müavini Mohammed bin Salman deyib ki, hazırda bu məsələyə “baxılır”.

Şirkət cümə günü verdiyi açıqlamada təsdiq edib ki, satışla əlaqədar bir neçə variant nəzərdən keçirilir.

Büdcə kəsiri məcbur edir

Aramco bildirib ki, belə bir addımdan məqsəd şirkətin fəaliyyətində “daha geniş ictimai iştirakın təmin edilməsidir”.

Səudiyyədə büdcə kəsiri 100 milyard dollara yaxınlaşır

Hazırda Aramco şirkətinin xam neft rezervləri 265 milyard barreldir. Bu isə bütün dünyada neft ehtiyatlarının 15 faizi deməkdir.

Analitiklər bildirirlər ki, Aramco-nun bu qərarının arxasında aşağı neft qiymətləri şəraitində daha çox gəlir əldə etmək niyyəti dayanır.

Son 18 ayda neft qiymətlərinin kəskin düşməsi ilə əlaqədar Səudiyyədə hökumət kəsiri 100 milyard dollara yaxınlaşır.

Aramco birjada ən böyük olacaq

Vəliəhd şahzadənin müavini Mohammed bin Salman “Economist” məcmuəsinə deyib ki, o, şirkət səhmlərinin birjaya çıxarılmasına tərəfdardır.

Mohammed bin Salman
Mohammed bin Salman

“Şəxsən mən bu barədə çox coşquluyam. İnanıram ki, bu, Səudiyyə bazarının marağında olan bir məsələdir. Bu həm də Aramco-nun və onun daha böyük şəffaflığa can atımının, habelə korrupsiyaya qarşı mübarizə məqsədinin marağındadır” – deyib rəsmi.

O dövlət neft şirkətinin nə qədər səhminin satışa çıxarılacağını bildirməyib, lakin ekspertlər deyirlər ki, şirkətin bütün səhmlərinin qiyməti azı 1 trilyon dollar civarındadır.

Hazırda dünyada ən bahalı birja şirkəti, 543 milyard dəyəri olan Apple şirkətidir.

Aramco hazırda günə 10 milyon barreldən çox neft hasil edir və bu, dünyanın ən böyük istehsalçısı ExxonMobil-in hasilatından üç dəfə çoxdur.

Başqa dövlət əmlakı da satılacaq

Ölkənin yeni yaradılmış İqtisadiyyat və İnkişaf Məsələləri Şurasının rəhbəri Mohammed bin Salman deyib ki, hökumət habelə özünün səhiyyə, təhsil və hərbi sənayesindəki dövlət aktivlərini satışa çıxarmağı planlaşdırır.

Potensial investorları Aramco-nun daxilindəki ifrat məxfilik və korrupsiya qaçıra bilər

O bildirib ki, bu tədbirlər dövlət büdcəsi üzərinə təzyiqi xeyli azaldardı.

Oppenheimer & Co firmasından təhlilçi Fadel Gheit deyir ki, Aramco-nun sərbəstləşdirilməsi xeyli ağıllı addımdır.

Onun fikrincə, səhmlərin hətta 20 faizinin satışa çıxarılması Səudiyyə büdcəsinin bir ilini tam təmin edərdi.

Lakin bir sıra təhlilçiləri xəbərdarlıq edirlər ki, potensial investorları Aramco-nun daxilindəki ifrat məxfilik və korrupsiya qaçıra bilər.

XS
SM
MD
LG