Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

Ağdam rayonunda məcburi köckünlərin məskunlaşdığı qəsəbədə ilan sürüsü evlərdən birinə hücüm çəkib.

“Report” xəbər verir ki, rayon sakini Sevil Həsənovanın evinə çoxlu ilan girib. Ev sahibinin sözlərinə görə, müxtəlif ölçüdə olan ilanlar ən çox azyaşlılar üçün təhlükəlidir:

"Son günlər evin həyətində bir neçə ilan öldürsək də, yenə də evdə ilanlar görünür".

Ağdam rayonu Gigiyena və Epidemiologiya Mərkəzindən bildirirlər ki, hələlik onlara sürünənlərin hücumu ilə bağlı məlumat daxil olmayıb:

"Qəsəbədən belə bir müraciət daxil olarsa, mərkəzin əməkdaşları tərəfindən hadisənin baş verdiyi ərazi xlor məhlulu ilə dərmanlanacaq".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG